main-post-cover

    Termonüvə enerjisi üçün “7 petavat” gücündə lazerlər işə salınacaq!

    Elm & Texnologiya
    22.10.2024
    Farid Pardashunas

         Sonsuz termonüvə enerjisi əldə etmək üçün nəhəng bir addım atılır. Qurulacaq 150 milyon dollarlıq yeni müəssisə nüvə birləşməsinə nail olmaq üçün 7 petavatlıq lazerləri işə salacaq.

         Colorado Dövlət Universitetində (CSU) 150 milyon dollarlıq nəhəng bir lazer tədqiqat mərkəzinin təməli qısa müddət əvvəl qoyulub. 2026-cı ildə açılması planlaşdırılan bu müəssisə, lazerlərdən istifadə edərək termonüvə reaksiyalarını həyata keçirməyi hədəfləyir. ATLAS (Advanced Technology Lasers for Applications and Science) adlanan bu yeni müəssisə, 40 illik lazer tədqiqatlarının nəticəsi olaraq reallaşdırılır. ABŞ Energetika Nazirliyi bu layihəyə 28 milyon dollarlıq töhfə verərkən, Almaniyada yerləşən Marvel Fusion adlı bir şirkət də 2 yüksək texnologiyalı lazer sistemi təmin edərək mühüm maliyyə dəstəyi göstərir.
         Tamamlandıqda, bu müəssisə 3 lazer sistemini birləşdirərək ümumilikdə 7 petavat gücündə enerji istehsal edə biləcək. Bu, ABŞ-ın elektrik istehsal gücünün 5.000 qatından çox olduğunu göstərir. Bununla belə, sistem saniyənin yalnız 100 katrilyonda biri qədər qısa impulslarla bu enerjini təxminən insan saçının eni qədər bir sahəyə yönəldəcək. Bu fokuslanmış enerji ilə nüvə birləşməsini təmiz enerji mənbəyi kimi həyata keçirilməsi hədəflənir.
         Müəssisə yalnız enerji sahəsində deyil, eyni zamanda tibb və görüntüləmə kimi müxtəlif sahələrdə də tədqiqatlara ev sahibliyi edəcək. Lazer texnologiyası enerji sıxlığını kiçik nöqtələrə yönəltməklə şiş müalicəsində böyük bir potensiala malikdir. Müəssisədəki digər mümkün tədqiqatlar arasında mikroçip litoqrafiyası və dizaynı, həmçinin tam hərəkətdə olan təyyarə mühərriklərinin turbinləri kimi sürətlə hərəkət edən obyektlərin ətraflı rentgen görüntülənməsi yer alır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
    almaz-tozu-ile-qlobal-istilesmenin-qarsisini-almaq-mumkun-ola-biler-bes-nece
    Tədqiqatçılar dəri ilə şarj olan batareyasız cihazlar hazırlayıblar!
    tedqiqatcilar-deri-ile-sarj-olan-batareyasiz-cihazlar-hazirlayiblar
    Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!
    sadece-gozunuze-baxaraq-xestelikleri-mueyyen-ede-bilen-cihaz-hazirlanib
    Dəniz dibinin altında inkişaf etmiş canlıların olduğu həyat kəşf edilib! (VİDEO)
    deniz-dibinin-altinda-inkisaf-etmis-canlilarin-oldugu-heyat-kesf-edilib-video
    Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
    tibbde-ilk-defe-olaraq-playstation-5-pultu-ile-emeliyyat-heyata-kecirilib-video