main-post-cover

    Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb

    Elm & Texnologiya
    12.02.2025
    Emil Nəcəfov
         Astronomlar kosmosdakı radiosiqnalları filtrdən keçirtmək və onların mənbələrini müəyyən etmək üçün xüsusi bir sistem yaradıblar. Alimlər qəfil yaranan və bir neçə saniyə və ya daha az müddətdə yox olan parlaq enerji partlayışlarını araşdırıblar. Onlar, böyük həcmli məlumat axınları arasında nadir radiosiqnalları seçə bilən yeni bir sistemi sınaqdan keçiriblər. Araşdırma, "Publications of the Astronomical Society of Australia" jurnalında dərc olunub. Alimlər dərin kosmosdan gələn sirli radiosiqnalları sürətli radio partlayışları adlandırırlar. Bunlar elə güclü radiodalğalardır ki, bir anlıq yaydıqları enerji Günəşin bir gündə yaydığı enerji ilə müqayisə edilə bilər.
         Bu siqnalların nədən qaynaqlandığını heç kim dəqiq bilmir, lakin onlar kosmosda gözlənilmədən peyda olurlar. Alimlər bu parlaq enerji partlayışlarını ilk dəfə 2007-ci ildə aşkar edildikdən bəri tədqiq edirlər, lakin onlar hələ də qəribə dəyişkənlikləri ilə alimləri təəccübləndirirlər. Yeni CRACO analiz sistemi ilk sınaq zamanı bu sürətli radiosiqnallardan ikisini aşkar etməyə kömək edib. Bundan əlavə, sistem daha 20-dən çox sürətli radiosiqnalı müəyyənləşdirib, bu da gözlənilməz bir uğur olub. CRACO sistemi, Avstraliyada yerləşən ASKAP radioteleskopunun topladığı böyük həcmli məlumatları analiz edən güclü kompüterlərdən ibarət bir qurğudur.
         Bu sistem lazımsız siqnalları filtrdən keçirərək qəfil yaranan radiosiqnalları aşkar edir və qeyd edir. Astronomlar, həmçinin uzunmüddətli tranzientləri də (ani baş verən enerji partlayışları / məsələn supernova partlayışları) aşkar ediblər. Bunlar sürətli radiosiqnallar ilə müqayisədə daha uzun müddət parlaq qalan obyektlərdir. Bu obyektlər qalaktikamızda qeyri-adi varlıqlar kimi görünür, lakin hələ də sirr olaraq qalırlar, çünki onların təbiəti dəqiq bilinmir. Bəzi tranzientlər müəyyən olunmamış intervallarla sönüb-yanır, bu da onları qeyri-müntəzəm davranışlı obyektlərə çevirir. Belə nizamsız aktivlik onların aşkarlanmasını çətinləşdirir.
         Kosmosda radiosiqnalların haradan gəldiyini bilmək alimlərə onların uzaq qalaktikalardan, yoxsa daha yaxın mənbələrdən yayıldığını müəyyən etməyə kömək edir. Hər bir radiosiqnal və ya tranzient, onları yaradan mühit haqqında vacib məlumatlar verə bilər. Alimlər hesab edirlər ki, sürətli radiosiqnallar milyardlarla işıq ili məsafə qət edə bilər və bu müddətdə onlar maddənin paylanması ilə bağlı izlər daşıyırlar. Bu isə əks halda görünməz qalacaq kosmik strukturların aşkarlanmasına kömək edə bilər. Radiosiqnalın dəqiq mövqeyi müəyyən edildikdə, astronomlar onu optik məlumatlarla müqayisə edirlər. Əgər həmin ərazidə qalaktika aşkar edilərsə, bu, sirli radiosiqnalların yaranmasına səbəb olan mümkün proseslər barədə ipucu verə bilər.
    Mənbə: Earth.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib
    planetimiz-yeni-qorxulu-iqlim-merhelesine-kecid-edib
    Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir
    uranin-peyki-ariel-potensial-olaraq-sethalti-okeana-sahibdir
    İnsanlar hələ də təkamül prosesindədirlər (VİDEO)
    insanlar-hele-de-tekamul-prosesindedirler
    2100-cü ilə qədər Arktika qlobal istiləşmə səbəbilə tanınmaz hala gələcək
    2100-cu-ile-qeder-arktika-qlobal-istilesme-sebebile-taninmaz-hala-gelecek
    Yer kürəsinin 2032-ci ildə asteroidlər toqquşma ehtimalı 2 dəfə yüksəlib
    yer-kuresinin-2032-ci-ilde-asteroidler-toqqusma-ehtimali-2-defe-yukselib