Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
Elm & Texnologiya
11.06.2024
Farid Pardashunas
NASA-nın Mars Kəşfiyyat Orbitatoru (MRO), hazırda sönmüş Arsia Mons vulkanının yanında sirli bir çuxur aşkar edib. Bu çuxur, planetin tədqiqi üçün həlledici rol oynaya bilər.
Hazırda sönmüş Arsia Mons vulkanının yanında yerləşən bu çuxur, bir neçə metr enindədir və ilk olaraq 2022-ci ilin avqustunda kəşf edilib. Peyk Marsın səthindən cəmi 256 kilometr yüksəklikdə MRO-nun göyərtəsində olan HiRISE kamerasından istifadə edilərək çəkilib. Əslində bu çuxur tək deyil. Marsın Tarsis bölgəsində 3 böyük vulkanın ətrafında çoxlu belə çuxurlar var. Onu xüsusi edən isə çuxurun sönmüş lava axınında yerləşməsi və tamamilə şaquli formada olmasıdır. Digər tərəfdən, bu çuxur və ya dəlikləri, dəyərli edən, gələcək insanlı missiyalarda sığınacaq kimi istifadə edilə bilmələridir. Marsın maqnit sahəsi olmasa da, çox nazik bir atmosferi mövcuddur. Beləliklə, Marsın səthindəki radiasiya Yerdəkindən orta hesabla 40-50 dəfə çoxdur.
Bu dəliklərin nə qədər dərin olduğu hələ də sirr olaraq qalsa da, astronavtlar radiasiyadan və həddindən artıq temperatur dəyişikliklərindən qorunmaq üçün burada məskunlaşa bilərlər. Bu strukturlar, həm də Mars həyatı üçün sığınacaqlı yaşayış yerləri və keçmiş həyata ev sahibliyi etmiş ola bilər. Hər iki halda da bu strukturlar, Mars haqqında son dərəcə dəyərli məlumat verə bilər. Çox güman ki, yaxın gələcəkdə hər hansı bir rover, Marsdakı bu yerə eniş edəcək. Ancaq qanadları qırıldığı üçün uça bilməyən Ingenuity kimi kiçik helikopterlərlə də kəşfiyyat aparıla bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
MIT və Texas Universitetinin tədqiqatçıları, dünyanın ilk çip əsaslı 3D printerini hazırlayıblar. Qəpik ölçülü 3D printer, ani istehsalatda inqilabi yenilik edə bilər.
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.
Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib
Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib
Astronomy & Astrophysicals adlı jurnalda dərc edilmiş tədqiqata əsasən alimlər çox vacib bir kəşfə imza atıblar. Belə ki, onlar James Webb kosmik teleskopundan istifadə edərək Böyük partlayışdan cəmi 350 milyon il sonra formalaşmış qalaktikada həyat üçün vacib olan kimyəvi elementlərdən birini aşkar ediblər.
Tədqiqatçılar, inqilabi naziklikdəki filtrlə adi eynəklərə gecə görmə qabiliyyətini qazandıra biliblər!
Tədqiqatçılar, inqilabi naziklikdəki filtrlə adi eynəklərə gecə görmə qabiliyyətini qazandıra biliblər!
Gecə görmə texnologiyası, tezliklə mürəkkəb sistemlərdən adi eynəklərə keçə bilər. Tədqiqatçılar, inkişaf etdirdikləri ultra nazik infraqırmızı filtrlə bunun mümkün ola biləcəyini göstəriblər.
İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
Uzun müddət ərzində hesab edilirdi ki, neyronlar arasında məlumatların ötürülməsini təmin edən sinapslar ölçü və güc baxımından məhduddurlar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!