main-post-cover

    Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!

    Elm & Texnologiya
    24.09.2024
    Farid Pardashunas

         Southampton Universitetinin alimləri, 5D yaddaş kristalı sayəsində məlumatların milyardlarla il təhlükəsiz şəkildə saxlanıla biləcəyini nümayiş etdiriblər.

         Southampton Universitetinin Optoelektronik Tədqiqat Mərkəzində (ORC) hazırlanmış 5D yaddaş kristalı, digər formatlardan fərqli olaraq zamanla pozulmur və 360 terabayt məlumat saxlaya bilir. Kristal, 1000°C-yə qədər yüksək temperaturlara və çətin şəraitlərə tab gətirə bilir. Kristalın quruluşu, kimyəvi və termal baxımdan ən davamlı materiallardan biri olan kvarsla eynidir. Kosmik radiasiyaya, yüksək temperaturlara və fiziki zərbələrə qarşı davamlı olan bu kristal, hətta 10 tonluq təzyiq altında belə dəyişməz qalır. Bəs bu necə işləyir? Femtosaniyə lazerlərindən istifadə edilərək, məlumatlar kristalın içinə üçölçülü bir şəbəkə şəklində yazılır. Kristalın müxtəlif təbəqələri və işığın polyarizasiyası kimi əlavə ölçülər sayəsində eyni nöqtəyə daha çox məlumat yerləşdirilə bilinir. Bu sayədə kiçik bir kristal parçası, terabaytlarla məlumatı saxlaya bilir.
         Kristalın təqdim etdiyi davamlılıq və uzunömürlülük, yalnız insanlığı deyil, həm də nəsli kəsilməkdə olan bitki və heyvan növlərini gələcəkdə yenidən həyata qaytarma potensialını daşıyır. Southampton komandası bu kristalda insan genomunu uğurla saxlaya bilmişdir. İnsan genomundakı təxminən 3 milyard hərf, hər bir hərfin düzgün mövqedə olduğuna əmin olmaq üçün 150 dəfə sıralanmışdır. Hərçənd bu gün yalnız genetik məlumatdan istifadə edərək mürəkkəb canlıları sintetik şəkildə yaratmaq mümkün olmasa da, bu addımlar böyük əhəmiyyət kəsb edir.
         Digər tərəfdən, insan genomunun saxlanıldığı kristal Avstriyanın Hallstatt bölgəsində yerləşən bir duz mağarasındakı "İnsanlığın Yaddaşı" adlı xüsusi bir zaman kapsulunda qorunur. Kristalın içindəki məlumatların gələcəkdə insanlıqdan sonra var olacaq ağıllı bir növ və ya maşınlar tərəfindən kəşf olunma ehtimalına qarşı, içindəki məlumatların necə istifadə ediləcəyini göstərən vizual ipucları da kristala həkk olunmuşdur. Kristal üzərində, DNT molekulunun 4 əsasını (adenin, sitozin, guanin və timin) və bu əsasların molekulyar strukturları ilə birlikdə, genlərin xromosomlarda necə yerləşdiyinə dair məlumatlar da mövcuddur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsanların daha uzun yaşamasına kömək etmək üçün böyük bir plan işə salınıb!
    insanlarin-daha-uzun-yasamasina-komek-etmek-ucun-boyuk-bir-plan-ise-salinib
    Alimlər, yeni qan qrupu kəşf ediblər!
    alimler-yeni-qan-qrupu-kesf-edibler
    Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
    ay-torpagindan-oksigen-cixara-bilen-vasite-hazirlanib
    Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
    arasdirmala-gore-youtube-ve-tv-sesile-yatmaq-eslinde-saglamliga-zerer-vermirmis
    Tədqiqatçılar, yalnız işıqdan ibarət birölçülü qaz kəşf ediblər!
    yalniz-isiqdan-ibaret-birolculu-qaz-kesf-edilib