Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Elm & Texnologiya
21.10.2024
Farid Pardashunas
Connecticut-da çalışan mühəndislər, lazım gəldikdə öz hissələrini kəsə bilən robot istehsal edə biliblər.
Əl böyüklüyündə və yumşaq bir quruluşa malik olan bu robot, elastik silikondan hazırlanıb. Robot, tədqiqatçıların ənənəvi metodların hüdudlarını aşaraq problemlərə yeni həllər tapmaq səylərinin bir nəticəsi kimi qarşımıza çıxır. Robotun çətin vəziyyətlərdən xilas olmaq üçün hissələrini kəsə bilməsi xüsusi hazırlanmış oynaqlar sayəsində mümkün olur. Bu oynaqlar, normal halda elastik bir formaya malikdir və otaq temperaturunda bərk qalır. Ancaq istilik verildikdə, oynaq strukturu maye halına keçərək həmin hissənin ayrılmasına imkan verir. Beləliklə, robot ehtiyac olduqda özünü təhlükəli vəziyyətlərdən qoruya bilir.
Maraqlısı isə odur ki, bu forma dəyişdirən robotlar, yalnız hissələrini kəsməklə kifayətlənmir, həm də bir neçə robotun birləşməsinə şərait yaradır. Məsələn, 3 robot birləşərək təkbaşına keçə bilməyəcəkləri bir maneəni aşa bilirlər. Bu isə robototexnika sahəsində inqilabi yeniliklərə qapı açır.
Bu robot kimi yumşaq quruluşlu robotlar, sərt materiallardan hazırlanan ənənəvi robotlardan fərqli olaraq, ətraf mühitə dost materiallardan hazırlana bilir. Beləliklə, robotun kəsilən hissələri təbiətdə təhlükəsiz şəkildə parçalanaraq ətraf mühitə ziyan vurmadan yox ola bilir. Robotun istehsalında istifadə edilən texnologiya hələ başlanğıc mərhələsində olsa da, gələcəkdə ətraf mühitin dayanıqlılığı baxımından böyük potensiala malikdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ilk çox rejimli ikiayaqlı robotu satışa çıxarılıb!
Dünyanın ilk çox rejimli ikiayaqlı robotu satışa çıxarılıb!
Çinli robot şirkəti LimX Dynamics, P1 adlı ikiayaqlı robotunun kommersiya versiyası olan Tron 1-i təqdim edib. Robot, müxtəlif növ hərəkətlər üçün 3 dəyişdirilə bilən ayaq ucu ilə birlikdə gəlir.
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Süni intellekt həyatımızın hər sahəsinə nüfuz etdikcə hüquqi prosesləri də qaçılmaz olur. Bu dəfə isə bir ailə ev tapşırığına görə, universiteti məhkəməyə verib.
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Məhəllənin dostcanlı qəhrəmanı Hörümçək-adam artıq o qədər də xüsusi deyil. Çünki Tufts Universitetinin tədqiqatçıları Hörümçək-adamın biləyindən çıxan torları yaratmağı bacarıblar.
Türkiyəli bir vətəndaş iPhone 16 Pro Max qarşılığında öz avtomobilini "barter" edib!
Türkiyəli bir vətəndaş iPhone 16 Pro Max qarşılığında öz avtomobilini "barter" edib!
Türkiyənin Balıkesir bölgəsində yaşayan bir vətəndaş, iPhone 16 Pro Max telefonunu Renault Toros markalı maşınla barter edib.
Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!
Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!
Redwood Research qeyri-kommersiya təşkilatının CEO-su Buck Shlegeris, bir süni intellekt (YZ) agenti ilə bağlı gözlənilməz hadisədən böyük bir dərs alıb. İnkişaf etdirdiyi süni intellekt modeli, SSH bağlantısı qurmaq əvəzinə daha çox addım ataraq öz CEO-sunun kompüterini işləməz hala salıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ