NASA-nın yeni kosmik aparatı səsdən 500 dəfə sürətli hərəkət edərək sürət rekordunu qırıb!
Elm & Texnologiya
12.07.2024
Farid Pardashunas
NASA-nın Günəşin xarici tacını yaxından tədqiq etmək vəzifəsi daşıyan kosmos gəmisi Parker Solar Probe, bir daha insan tərəfindən yaradılan ən sürətli obyektin rekordunu qırıb.
Parker Solar Probe, iyunun 29-da saatda 635.266 km sürətə çataraq 2018-ci ildəki uçuşundan bu yana 2-ci dəfə bu sürətə çata bilib. Bu sürət, səs sürətinin təxminən 500 qatına bərabərdir. NASA tərəfindən istehsal edilən bu avtomatik zondun, Günəşə ən yaxın keçidini 2025-ci ildə edəcəyi zaman saatda təxminən 692.000 km sürətə çatacağı gözlənilir. Bu sürət, Vaşinqtondan Tokioya 1 dəqiqədən az müddətdə çatmaq üçün kifayət qədər çoxdur.
Bu inanılmaz sürətlərə çatmaq zaman və təcillə bağlıdır. Parker Günəş zondu, Günəş ətrafında fırlandıqca Veneranın orbiti ilə eyniləşir və hərəkət edən planetin cazibə qüvvəsindən istifadə edərək bir növ cazibə qüvvəsi ilə sapand effekti yaradır. Bir sözlə desək, Parker Solar Probe, nə qədər sürətli olsa da, bunu yalnız planetlərin qravitasiya təsirindən istifadə edərək edə bilər. Parker, Günəşin səthi hesab edilən ionlaşmış qaz təbəqəsinin 7.26 milyon kilometrinə yaxınlaşaraq, indiyədək Günəşə 20-ci yaxın keçidini tamamlayıb. Missiyanı tamamlayana qədər onun 6.12 milyon kilometrə qədər yaxınlaşması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kosmosda ilişib qalan kosmonavtlardan ilk açıqlama gəlib!
Kosmosda ilişib qalan kosmonavtlardan ilk açıqlama gəlib!
Beynəlxalq Kosmik Stansiyada bir müddət Boeing Starliner gəmisində ilişib qalan kosmonavtlar Sunita Williams və Butch Wilmore, davam edən sükutu pozaraq dünyaya ilk mesajlarını göndəriblər.
Yeni gen redaktəsi sayəsində xərçəng hüceyrələrinin özü-özlərini məhv etməsi təmin edilib!
Yeni gen redaktəsi sayəsində xərçəng hüceyrələrinin özü-özlərini məhv etməsi təmin edilib!
Bir çox elmi nailiyyətlərə baxmayaraq, xərçəng, hələ də müalicəsi çox çətin olan bir xəstəliklərdən biridir. Ancaq indi xərçəng hüceyrələrini intihara və bir-biri ilə mübarizəyə sövq edən bir üsul hazırlanıb.
Okean axıntılarındakı dəyişikliklər dünyanı məhv edə bilər!
Okean axıntılarındakı dəyişikliklər dünyanı məhv edə bilər!
Araşdırmalara görə, okean axınlarının zəifləməsi atmosferdə karbon qazının toplanmasının artması ilə planetimizin yox olmasını sürətləndirə bilər. Cərəyanlar və iqlim dəyişikliyi arasındakı bu mürəkkəb əlaqə, bütün dünyada temperaturun yüksəlməsinə səbəb ola bilər.
Qandakı şəkərin səviyyəsini ölçə bilən "bandaja bənzər" cihaz hazırlanıb! (VİDEO)
Qandakı şəkərin səviyyəsini ölçə bilən "bandaja bənzər" cihaz hazırlanıb! (VİDEO)
Sinqapurlu alimlər, qan şəkərinin səviyyəsini tər vasitəsilə ölçə bilən bandaj hazırlayıblar. Yara bandajına bənzəyən məhsul, diabet xəstələrinin həyatını asanlaşdıracaq kimi görünür.
NASA, Gateway adlı Ay kosmik stansiyasının konseptini sərgiləyib (VİDEO)
NASA, Gateway adlı Ay kosmik stansiyasının konseptini sərgiləyib (VİDEO)
NASA, Gateway adlı kosmik stansiyanın konseptini sərgiləyib. Sözügedən kosmik stansiya gələcəkdə potensial olaraq Ayın orbitində yerləşəcək ilk kosmik stansiya və Ayın səthi üzərində ilk nəqliyyat qovşağı ola bilər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!