NASA, Psyche kosmik gəmisinin futuristik ion mühərriklərini işə salıb!
Elm & Texnologiya
24.05.2024
Farid Pardashunas
NASA, Marsın kənarındakı əsas asteroid qurşağında yerləşən və metalla zəngin asteroidə doğru yavaş-yavaş hərəkət edən Psyche kosmik gəmisinin ion mühərriklərini işə saldığını açıqlayıb.
Gələn il ərzində kosmik gəmi, missiya planlaşdıranların "tam kruiz" olaraq adlandırdıqları rejimdə olacaq və elektrik mühərriklərini işə salmaqla orbiter-i asteroid qurşağına doğru itələyəcək. İtələyicilər yüklü ksenon atomlarını və ya ionlarını xaric etməklə işləyir və kosmik gəminin arxasından mavi parıltı yayırlar. Bu itələyicilər, Psyche-nin günəş işığı ilə işləyən inanılmaz dərəcədə səmərəli günəş elektrik mühərrik sisteminin bir hissəsidir. İonlaşmış ksenonun yaratdığı təkan çox yüksək olmasa da, Psyche-nin ehtiyaclarını ödəyə bilər. NASA-nın sözlərinə görə, hətta tam kruiz rejimində belə bu itələyicilərin göstərdiyi təzyiq, ovucunuzda bir neçə sikkə tutduğunuz zaman hiss etdiyiniz təzyiqlə eynidir.
Psyche, hazırda 300 milyon kilometr uzaqlıqdadır və saniyədə 37 kilometr sürətlə hərəkət edir. Bu, təxminən saatda 135.000 km sürət deməkdir. NASA, itələyicilərin davamlılığı və heç bir atmosferin olmaması səbəbindən Psyche-nin 200.000 km/saat sürətə çatacağını bildirir. Psyche kosmik gəmisinin missiyası, adından da göründüyü kimi, metalla zəngin olan Psyche asteroidinə çatmaqdır. Bu yol xəritəsinə əsasən, kosmik gəmi 2029-cu ildə asteroidə çatacaq və 2 il orbitdə qalacaq. 280 kilometr enində olan “Psyche” asteroidi, metal nüvəyə malik qayalı planetlərin əmələ gəlməsi haqqında dəyərli məlumatlar verə bilər.
Bundan başqa, NASA, bu kosmik gəmidə Deep Space Optical Communications (DSOC) modulunu da daşıyır. Bu vasitə, kosmosda lazer rabitəsi üçün sınaq mərhələsidir və indiyədək bir sıra testləri həyata keçirib. Aprel ayında DSOC vasitəsilə 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə Yerə lazer mesajı ötürülüb. Dekabr ayında isə kosmosdan 15 saniyəilk ultra HD pişik videosu göndərilmişdir.
Digər tərəfdən, ion mühərriki (Hall mühərriki, elektrik mühərriki) NASA üçün həm nisbətən yeni, həm də kifayət qədər köhnə texnologiyadır. NASA ilk ion itələyicisini 1964-cü ildə sınaqdan keçirib. NASA, ilk dəfə 1998-ci ildə Deep Space 1 missiyası zamanı gələcək planetlərarası missiyalar üçün müxtəlif qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi üçün kosmik gəminin əsas itələyicisi kimi ion itələyicilərindən istifadə etmişdi. Bu itələyiciləri Yer üzündə istifadə etmək mənasız olsa da, hər hansı bir hərəkət edən hissələrinin olmaması onları kosmosda təhlükəsiz bir seçim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib.
NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!
NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!
NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) son 20 ilin ən böyük günəş partlayışının təsirli videolarını yayımlayıb.
NASA, Marsa 9 aylıq yolu 2 ayda gedə biləcək plazma raketinin üzərində işləməyə başlayıb!
NASA, Marsa 9 aylıq yolu 2 ayda gedə biləcək plazma raketinin üzərində işləməyə başlayıb!
Mövcud hərəkət sistemləri ilə Marsa getmək 9 ay çəkir. Lakin NASA, plazma partlayışları yaratmaq üçün nüvə enerjisindən istifadə edən hərəkətverici sistem üzərində işləyir və bu sistem sayəsində raketin sadəcə 2 aya Marsa çata biləcəyi iddia olunur.
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb.
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!