Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
Elm & Texnologiya
22.05.2024
Emil Nəcəfov
NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib. Qeyd etmək lazımdır ki, Yer kürəsində alimlər məhz bu cür süxurlarda ən qədim mikroorqanizmlərin izlərini aşkar edirlər. Bu baxımdan Mars heçnə ilə fərqlənməməlidir. Buna görə də yaxın illərdə bizləri maraqlı kəşflər gözləyə bilər. Təbii ki, Perseverance tərəfindən yığılan süxur nümunələrini hələ Yer kürəsinə çatdırmaq lazımdır.
Həmin nümunələrin geri qaytarılması üçün nəzərdə tutulmuş missiya artıq detallı şəkildə hazırlanıb. Lakin sözügedən missiya düşünüldüyündən daha böyük büdcəyə və zamana ehtiyac duyur. Bununla belə Perseverance komandası Mars səthində süxur nümunələrinin yığılması prosesinə davam edir. Perseverance aparatının daxilində kiçik ölçülü 38 ədəd kapsul mövcuddur və onların hamısı nümunələrin yerləşdirilməsi üçün nəzərdə tutulub. Məlumata əsasən kapsulların artıq 70%-nə müxtəlif nümunələr yerləşdirilib. Perseverance aparatının əldə etmiş olduğu yeni ideal süxur nümunəsinə gəldikdə isə söhbət, nəmlənmə prosesinə məruz qalmış silisium dioksiddən gedir.
Sözügedən nümunə Perseverance aparatının yerləşdiyi Jezero kraterindəki Lefroy körfəzində əldə edilib. Silisium dioksid nümunəsi aparatın kamerası vasitəsilə təyin edilib. Təəssüflər olsun ki, sözügedən süxur nümunəsinin yerindəcə detallı analizini aparmaq mümkün deyil. Bununla belə Perseverance aparatı mövcud olduğu qəliz landşaft üzrə hərəkət edərək nümunələrin yığılması prsesini davam etdirir. Daha öncə əldə edilmiş nümunələrin sadələşdirilmiş ilkin analizlərinin nəticələri Jezero krateri sahəsində qədim dövrlərdə suyun olduğuna işarə edirlər. Suyun olduğu yerdə isə bioloji həyat növünün mövcud olma şansı qat-qat yüksəlir.
Linki kopyala
perseverance rover
perseverance mars rover
perseverance mars
perseverance mars mission
science
science news
elmi xeberler
nasa
nasa perseverance
perseverance
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!
Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!
Alimlərin yeni araşdırması iqlim dəyişikliyinin bəzi beyin xəstəliklərində simptomları artırmasına səbəb olduğunu ortaya qoyub.
NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!
NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!
NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) son 20 ilin ən böyük günəş partlayışının təsirli videolarını yayımlayıb.
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb.
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
The Monthly Notices of the Royal Astronomical Society adlı jurnalda dərc edilmiş elmi məqaləyə əsasən alimlər indiyənə kimi olmuş kosmik müşahidələr arasında super kütləli qara dəliklərin ən qədim birləşmələrini aşkar ediblər.
Şəkər pambığına bənzəyən planet kəşf edilib!
Şəkər pambığına bənzəyən planet kəşf edilib!
Alimlər şəkər pambığına bənzəyən ekzoplanet kəşf ediblər. Açıqlamaya görə, WASP-193b adlı planet indiyə qədər kəşf edilən ikinci ən yüngül planetdir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ