main-post-cover

    Neuralink-in beyin implantını əldə etmiş ikinci pasient fikir gücü vasitəsilə "Counter-Strike" oynamağı öyrənib (VİDEO)

    Elm & Texnologiya
    22.08.2024
    Emil Nəcəfov
         Elon Musk-ın Neuralink şirkəti keçən ay öz beyin implantını Alex adlı ikinci pasientinə implantasiya etdi. İndi isə məlum olub ki, həmin şəxs fikir gücü vasitəsilə “Counter-Strike” oynamağı öyrənib. Onurğa beyni zədələnməsindən sonra iflic vəziyyətə düşmüş Alex adlı şəxs daha öncə də bu vəziyyətdə “Counter-Strike” oynaya bilirdi. Lakin daha əvvəl bunun üçün o, ağız vasitəsilə idarə olunan QuadStick adlı gamepaddan istifadə edirdi. Bu gamepaddan istifadə zamanı Alex oyunda eyni anda hərəkət edə və nişan ala bilmirdi. Lakin Neuralink-in beyin implantı vasitəsilə o bunu artıq yerinə yetirə bilir.
         “Oyun çərçivəsində qaçmaq çox əladır. Çünki mən ətrafa nəzər yetirə bilirəm və QuadStick-i sol və ya sağ tərəfə çevirmək lazım gəlmir. Mən öz fikrimi müəyyən istiqamətə cəmləyirəm və oyunçu həmin istiqamətdə hərəkət edir. Bu sadəcə inanılmazdır” - deyə Alex qeyd edib.
         Kompüter oyunundan əlavə olaraq Alex beyin implantını CAD tətbiqdə 3D layihələrin hazırlanmasında da istifadə edir. Qeyd etmək lazımdır ki, Neuralink-in beyin implantını əldə etmiş ilk pasientdə müəyyən müddət sonra implant ilə bağlı kiçik bir problem yaşanmışdı. Belə ki, pasientin beyninə qoşulu olmuş nazik elektrodların 83%-i öz yerlərini bir qədər dəyişmişdilər. Bu isə implantın beyin siqnallarını əldə etmə ehtimalını aşağı salmışdı. Eyni problemin təkrarlanmaması üçün Neuralink öz beyin implantını bir qədər təkmilləşdirməli oldu. Şirkət bildirib ki, ikinci pasient halında eyni problem hələ yaşanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Musk-ın beyin çipi şirkəti Neuralink, ikinci əməliyyatını həyata keçirib!
    musk-in-beyin-cipi-sirketi-neuralink-ikinci-emeliyyatini-heyata-kecirib
    Elon Musk, 2026-ci ilə qədər 1000 nəfərdən çox insana çip implantasiya etməyi hədəfləyir!
    elon-musk-2026-ci-ile-qeder-1000-nefer-insana-cip-implantasiya-etmeyi-hedefleyir
    Neuralink öz beyin çipini ikinci pasientə implantasiya etməyə hazırlaşır
    neuralink-oz-beyin-cipini-ikinci-pasiente-implantasiya-etmeye-hazirlasir
    Xəstənin beyninə yerləşdirilmiş Neuralink çipində nasazlıq aşkar edilib!
    xestenin-beynine-yerlesdirilmis-neuralink-cipinde-nasazliq-askar-edilib
    Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
    neuralink-in-gorme-mehdudiyyetli-insanlar-ucun-goz-cipi-anons-edilib