main-post-cover

    Omeqa-3-ün bioloji yaşlanmanı ləngitdiyi məlum olub

    Elm & Texnologiya
    07.02.2025
    Emil Nəcəfov
         Alimlər İsveçrədən olan yaşlı insanların iştirak etdikləri bir təcrübənin nəticələrini təqdim ediblər. Tədqiqat omeqa-3 tərkibli əlavələrin qəbulu ilə bioloji yaşlanmanın həqiqətən də yavaşladığını təsdiqləyib. Bu müsbət dəyişikliklər epigenetik göstəricilər əsasında sübut edilib. Alimlər hələlik yeni klinik tövsiyələr hazırlamağa tələsmirlər, lakin özləri də bu qida əlavəsini qəbul etməyə davam edirlər. Araşdırmanın həmmüəllifləri Heike Bischoff-FerrariSteve Horvath hər gün D vitamini ilə birlikdə omeqa-3 qəbul edirlər. Nature jurnalında dərc olunmuş yeni təcrübədə onlar bu əlavələrin yaşlı insanların orqanizminə təsirini araşdırmağa qərar veriblər.
         Tədqiqatın əsas məqsədi orqanizmdə bioloji yaşlanma sürətinin molekulyar səviyyədə qiymətləndirilməsi olub. 70 yaşdan yuxarı 700-dən çox könüllü 3 il ərzində ya omeqa-3, ya da plasebo qəbul edib. Bəzi iştirakçılara əlavə olaraq gündə D vitamini verilib və həftədə 3 dəfə 30 dəqiqəlik fiziki məşqlər tövsiyə edilib. İştirakçıların təxminən yarısı əvvəlcədən sağlam olub. Omeqa-3 əlavəsi qəbul edənlərdə bioloji yaşlanma prosesi 3-4 ay daha ləng gedib. Alimlərin sözlərinə görə, bu dəyişikliklər nisbətən kiçik olsa da, nəzərə alınmalı əhəmiyyətli nəticələrdir. Ən yaxşı nəticələr omeqa-3 və D vitaminini birgə qəbul edənlərdə müşahidə olunub.
         Məsələn, tədqiqatçılar yaşlanma prosesinin epigenetik saat göstəricilərinə görə yavaşladığını qeyd ediblər. Bu faktlar bioloji yaşlanmanın müxtəlif aspektlərini əks etdirən mühüm göstəricilər hesab olunur. Tədqiqatın müəllifləri qeyd edirlər ki, əldə edilən nəticələr hələ klinik praktikada tətbiq edilmək üçün kifayət deyil və insanlar həkim məsləhəti olmadan omeqa-3 qəbul etməməlidirlər. Məlumdur ki, həddindən artıq omeqa-3 istehlakı ürək ritminin pozulması riskini artırır. Buna görə hər bir insanın fərdi tibbi tarixçəsi nəzərə alınmalıdır. Bundan əvvəl aparılmış başqa bir araşdırmada alimlər müəyyən ediblər ki, omeqa-3 və omeqa-6 yağ turşuları 19 növ xərçəngin profilaktikasına kömək edir. Bununla yanaşı, hər bir yağ turşusu müəyyən şişlərə qarşı selektiv şəkildə təsir göstərir.
    Mənbə: Nature
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Fotosintezin əsasında kvant mexanikasının dayandığı məlum olub
    fotosintezin-esasinda-kvant-mexanikasinin-dayandigi-melum-olub
    Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib
    hubble-teleskopu-yeni-unikal-qalaktikani-kesf-edib
    Hörümçəkləri "zombi"yə çevirə bilən yeni növ göbələk aşkar edilib
    horumcekleri-zombiye-cevire-bilen-yeni-nov-gobelek-askar-edilib
    SETI alimləri yadplanetli izini axtarmaq üçün milyon kosmik obyekti yenidən yoxlayıb
    seti-alimleri-yadplanetli-izini-axtarmaq-ucun-milyon-kosmik-obyekti-yeniden-yoxlayib
    Marsda sürətli seysmik keçiricilik müşahidə edilib
    marsda-suretli-seysmik-keciricilik-musahide-edilib