main-post-cover

    Hörümçəkləri "zombi"yə çevirə bilən yeni növ göbələk aşkar edilib

    Elm & Texnologiya
    05.02.2025
    Emil Nəcəfov
         Alimlər yeni növ parazitar göbələyi təsvir ediblər. Bu göbələk mağara hörümçəklərini yoluxdurur və onların ölümdən əvvəl davranışlarını dəyişməyə məcbur edir. Bu nadir parazit ilk dəfə 2021-ci ildə BBC çəkiliş qrupu tərəfindən aşkar edilib. Onlar tərk edilmiş barıt anbarının tavanında göbələklə örtülmüş ölü hörümçək tapıblar. Sonradan CAB International, Danimarka Təbiət Tarixi Muzeyi Kyu Kral Botanika Bağının alimləri tərəfindən aparılmış tədqiqatlar bu parazitin elm üçün əvvəllər naməlum bir növ olduğunu təsdiqləyib.
         Bu parazit mağara hörümçəkləri Metellina merianae və onların yaxın qohumları Meta menardi növlərini yoluxdurur. Yoluxmuş hörümçəklər qeyri-adi davranış nümayiş etdirirlər. Onlar sığınacaqlarını və torlarını tərk edərək mağaraların divar və tavanlarındakı açıq sahələrə doğru hərəkət edir və orada ölürlər. Hörümçək öldükdən sonra göbələk onun bədənindən qidalanaraq böyüyür və sporlarını yayır. Bu davranış elmə artıq məlum olan "zombi göbələklər" fenomenini xatırladır.
         Ophiocordyceps cinsinə aid bu göbələklər Braziliyanın tropik meşələrində qarışqaları yoluxdurur və onların hərəkətini idarə edir. Bu parazit  məşhur "The Last of Us" oyunu və serialının yaradıcılarına da ilham verib. Sonrakı ekspedisiyalar İrlandiyanın müxtəlif təbii mağara sistemlərində yoluxmuş hörümçəkləri aşkar ediblər. Tarixi qeydlərin araşdırılması Britaniya adalarının digər bölgələrində də oxşar epidemiyaların baş verdiyini göstərir. Alimlər bu göbələyin istehsal etdiyi metabolitləri tədqiq etməyi planlaşdırırlar. Məqsəd parazitin sahibinin davranışına necə təsir etdiyini anlamaq və onun mağara hörümçəklərinin populyasiyasına təsirini qiymətləndirməkdir.
    Mənbə: New Atlas
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SETI alimləri yadplanetli izini axtarmaq üçün milyon kosmik obyekti yenidən yoxlayıb
    seti-alimleri-yadplanetli-izini-axtarmaq-ucun-milyon-kosmik-obyekti-yeniden-yoxlayib
    Marsda sürətli seysmik keçiricilik müşahidə edilib
    marsda-suretli-seysmik-keciricilik-musahide-edilib
    Çinlilər kosmosda süni fotosintez sayəsində oksigen və raket yanacağı əldə ediblər
    cinliler-kosmosda-suni-fotosintez-sayesinde-oksigen-ve-raket-yanacagi-elde-edibler
    Həyatın yaranması üçün vacib olan komponentlər Bennu asteroidinin nümunələrində aşkar edilib
    heyatin-yaranmasi-ucun-vacib-olan-komponentler-bennu-asteroidinin-numunelerinde-askar-edilib
    19.5 işıq ili uzaqlığında Yer kürəsinə bənzər yeni planet kəşf edilib
    195-isiq-ili-uzaqliginda-yer-kuresine-benzer-yeni-planet-kesf-edilib