main-post-cover

    Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər

    Elm & Texnologiya
    08.08.2024
    Emil Nəcəfov
         ABŞ Federal Aviasiya İdarəsinin (FAA) gözləntilərinə əsasən lisenziyalı kosmik uçuşların sayı hər il sürətlə artmaqda davam edəcək. Qeyd etmək lazımdır ki, FAA ictimai təhlükəsizliyin və beynəlxalq hüquq qanunlarının təmin olunması istiqamətində özəl şirkətlərə kosmik uçuşlar üçün lisenziyalar təqdim etməklə kommersiya məqsədli kosmik sahəni idarə edir. FAA-nın hesabatında qeyd edilib ki, kosmik uçuşlar və bu mövzuda digər xidmətlər ilə bağlı lisenziyalara tələbatın artdığı müşahidə edilir.
         2024-cü maliyyə ilinin başa çatmasına 2 ay qalmasına baxmayaraq bu qurum 2023-cü ildə qeydə alınmış kosmik uçuş sayı rekordunun artıq geridə qaldığını müşahidə edib. Keçən ildən kosmik uçuşların sayında sürətli artım var. FAA-nın proqnozuna əsasən 2028-ci ilə kimi o, 338 kosmik uçuşu idarə edə bilər. Cari maliyyə ilinin yekunu üzrə isə 156 kosmik uçuşun baş tutacağı proqnozlaşdırılır. Kosmik uçuşların sayındakı artımın səbəbləri arasında təkrar istifadə üçün nəzərdə tutulmuş raketlərin daha geniş şəkildə istifadəsi, kommersiya məqsədli peyk xidmətləri və idarə olunan özəl kosmik missiyalar var.
         SpaceX şirkətinin Falcon 9 adlı raketinin təkrar istifadə imkanına sahib olması öz növbəsində kosmik uçuş xərclərinin aşağı salınmasına səbəb olub. Nəticədə özəl kosmik uçuş missiyalarına tələbat artıb. Bundan əlavə olaraq SpaceX hər ay Yer kürəsinin orbitinə internet peyklərini göndərərək özünün Starlink peyk interneti infrastrukturunu qurmaqda davam edir. Nəticədə kosmik uçuşların ümumi sayında artım baş verir. Lakin SpaceX bu sahədə fəaliyyət göstərən yeganə şirkət deyil. Belə ki, özəl kosmik uçuşlar sahəsinə hər il yeni şirkətlər daxil olur. Onlar NASA, ABŞ Hərbi Qüvvələri və digər özəl şirkətlərdən bu istiqamətdə müqavilələr əldə edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
    elon-musk-starship-in-insa-edildiyi-zavodu-sergileyib-video
    SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
    spacex-dunyanin-ikinci-en-bahali-ozel-sirketi-ola-biler
    SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
    spacex-sirketi-beynelxalq-kosmik-stansiyanin-istismardan-cixarilmasi-ile-mesgul-olacaq
    SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
    spacex-starship-in-mars-sethine-ne-zaman-enis-edeceyini-aciqlayib
    Elon Musk-ın Starlink peykləri, ozon təbəqəsini məhv edə bilər!
    elon-musk-in-starlink-peykleri-ozon-tebeqesini-mehv-ede-biler