Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Elm & Texnologiya
20.05.2024
Emil Nəcəfov
Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb. Bununla belə insanların qlobal istiləşmənin qarşısını almaq cəhdlərinə baxmayaraq onlar son onilliklər ərzində Yer kürəsinin dərinliklərindən təbii yanacaq növlərini əldə etməyə davam edirlər. Alimlər aparmış olduqları yeni tədqiqat çərçivəsində belə qənaətə gəliblər ki, bizim planetimizin həmçinin yeraltı suları da təhlükə altındadırlar. Belə ki, insanlar düşünüldüyündən daha çox yeraltı su əldə edirlər. Alimlərin sözlərinə əsasən ABŞ su böhranının astanasındadır.
Ölkənin yeraltı su ehtiyatının böyük hissəsi artıq bu yüzilliyin ortasına kimi tükənmək təhlükəsi altındadır. Mütəxəssislər öz tədqiqatları çərçivəsində 21-ci əsrdə yeraltı suların əldə edilməsi prosesini modelləşdirən ssenarilər tərtib ediblər. Əldə edilmiş nəticələrə əsasən 8 ədəd yeraltı su mənbəyinin növbəti 25 il ərzində tükənməsi ehtimalı 98% təşkil edir. Alimlər güman edirlər ki, yeraltı su mənbələrinin bu dərəcədə tükənməsinə gətirib çıxaracaq əsas səbəb insanların gündəlik həyatlarındakı təbii ehtiyaclarını qarşılamaq istiqamətində daha çox miqdarda yeraltı suyun əldə edilməsi olacaq.
İnsanlar yağışların və qar örtüyünün verə biləcəyindən daha çox miqdarda su əldə edəcəklər. Su ehtiyatına ola biləcək məhdudiyyət isə öz növbəsində suyun qiymətini qaldıracaq və nəticədə bir qayda olaraq qida məhsullarının qiymətlərində də artım müşahidə ediləcək. Hal-hazırda ABŞ-ın ehtiyatında minimum 33 000 trilyon qallon (1 qallon = 3.75 litr) yeraltı su mövcuddur. Məlumdur ki, ölkə hər gün 80 milyard qallon su əldə edir. Mütəxəssislər bildiriblər ki, Yer kürəsinin yeraltı su ehtiyatı bank hesabına bənzəyir. Əgər biz öz bank hesabımıza geri qoyduğumuz vəsaitdən daha çoxunu çıxartmalı olsaq, bank hesabımızda vəsait sürətlə tükənəcək.
Qrunt suları səviyyəsinin ani düşüşü səbəbilə su axınları yox olacaq. Torpaq isə daha da çökərək yollara, tikililərə və digər yerüstü infrastruktura zərər yetirə bilər. Alimlər təyin ediblər ki, hal-hazırda 105 milyon insan pik nöqtələri 2050-ci ilə qədər çatacaq su mənbələrində, 24 milyon insan isə piq nöqtələri 2100-cü ilə qədər çatacaq su mənbələrində yaşayırlar. Bununla belə alimlər qeyd ediblər ki, onların aparmış olduqları bu araşdırma sadəcə tədqiqat xarakterli araşdırmadır. Yəni araşdırma su mənbələrinin dəqiq şəkildə tükənəcəklərini qeyd etmir. O sadəcə mümkün ola biləcək ssenariləri ortaya qoyur.
Linki kopyala
qlobal istileshme
iqlim deyishikliyi
science
science news
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər
Oxşar xəbərlər
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
The Monthly Notices of the Royal Astronomical Society adlı jurnalda dərc edilmiş elmi məqaləyə əsasən alimlər indiyənə kimi olmuş kosmik müşahidələr arasında super kütləli qara dəliklərin ən qədim birləşmələrini aşkar ediblər.
Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb
Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb
Mütəxəssislər Yer kürəsinin gələcəyinə təhlükə mənbəyi kimi çıxış edən iqlim böhranı ilə artıq insanları qorxutmurlar. Belə ki, onların sözlərinə əsasən iqlim böhranı artıq başlayıb.
Şəkər pambığına bənzəyən planet kəşf edilib!
Şəkər pambığına bənzəyən planet kəşf edilib!
Alimlər şəkər pambığına bənzəyən ekzoplanet kəşf ediblər. Açıqlamaya görə, WASP-193b adlı planet indiyə qədər kəşf edilən ikinci ən yüngül planetdir.
Ən qədim ulduzlardan bir neçəsi Süd Yolu qalaktikasında kəşf edilib
Ən qədim ulduzlardan bir neçəsi Süd Yolu qalaktikasında kəşf edilib
Massaçusets Texnologiya İnstitutunun alimləri Süd Yolu qalaktikasının halosunda (sferik formada olub qalaktikanın görünən hissəsi boyunca uzanan görünməz qalaktik komponent / isti qazdan, ulduzlardan və qaranlıq materiyadan təşkil olunub) kainatın ən qədim ulduzlarından bir neçəsini kəşf ediblər.
Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək
Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək
Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar. Hazırlanmış dərman preparatı artıq heyvanlar üzərində uğurla test edilib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ