main-post-cover

    Qədim qalaktikadan gəlmiş radiosiqnal aşkar edilib

    Elm & Texnologiya
    27.01.2025
    Emil Nəcəfov
         Günümüzdə kosmosun dərinliklərindən gələn və bir neçə millisaniyə ərzində davam edən sürətli radiosiqnalların mənbələri barəsində ümumi qəbul edilmiş bir nəzəriyyə yoxdur. Bu hal onlara bu mövzuda müxtəlif cəlbedici versiyaları bəxş edir. Onların arasında texnoloji mövzuda yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiyalar da var. Edilmiş yeni kəşf radiosiqnalların mənbələrinin araşdırılması sahəsinə daha çox gizliliyi əlavə edib. Belə ki, 2024-cü ilin fevral ayında aşkar edilmiş FRB 20240209A adlı radiosiqnal heç gözlənilməz yerdən gəlib. Məsələ burasındadır ki, sözügedən radiosiqnal elə yerdən gəlib ki, həmin yerdə radiosiqnalın formalaşması üçün heç bir şərait yoxdur.
         Radiosiqnalların mənşəyi barəsində olan ən geniş yayılmış fərziyyələrdən birinə əsasən sürətli radiosiqnallar maqnetarların elektromaqnit sahələri xətlərinin dəyişimi zamanı formalaşır. Maqnetar supernova partlayışından sonra ulduzun qalığıdır. Ulduzun öz qabığını atmasından sonra onun bir tək nüvəsi qalır. Nüvə öz növbəsində sıxılma prosesi nəticəsində neytron ulduzuna çevrilir. Müəyyən şərtlər altında neytron ulduzu güclü elektromaqnit sahəyə sahib ola bilər. Supernova partlayışından sonrakı qalıqların növbəti inkişaf mərhələlərində məhz maqnit sahəsi radio impulsların formalaşmasına səbəb olur.
         Zaman keçdikcə neytron ulduzu öz oxu ətrafında fırlanmanı ləngidir. Fırlanma nəticəsində əldə edilən enerji isə öz növbəsində radiosiqnalların ifraz edilməsinə sərf edilir. Neytron ulduzu öz fırlanmasını ləngidən zaman maqnit sahəsini itirməyə başlayır. Bir qayda olaraq bu halda radiosiqnalların ifrazı prosesi də dayanır. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, sürətli radiosiqnalların mənbələri qalaktikaların aktiv zonalarında yerləşirlər. Belə ki, həmin zonalarda ulduzların formalaşması və məhv olmaları hadisələri tez-tez baş verir. Lakin keçən ilin fevral ayında aşkar edilmiş FRB 20240209A adlı radiosiqnal halında hər şey heç bu qədər sadə deyil. Məlumatda qeyd edilib ki, sözügedən radiosiqnal 21 dəfə təkrarlanıb.
        Onların 6-da radiosiqnalı zəif radioteleskop vasitəsilə təyin etmək mümkün olub. Bu isə öz növbəsində radiosiqnalın dəqiq istiqamətini öyrənməyə imkan verib. Məlum olub ki, FRB 20240209A adlı radiosiqnal 11 milyard il yaşı olan qalaktikadan gəlib. Söhbət, yeni ulduzların formalaşması izlərinə sahib olmayan qədim qalaktikadan gedir. Bundan əlavə olaraq təyin olunub ki, radiosiqnal qalaktikanın sərhədlərindən gəlib. Məsələ burasındadır ki, qalaktikaların sərhədlərində yeni ulduzların formalaşması prosesi daha zəif olur. Belə kosmik sahələrdə cavan maqnetarların aşkar edilməsi ehtimalı çox aşağıdır. Maqnetarlar olduqca böyük ulduzların məhv olmaları nəticəsində formalaşırlar. Böyük ulduzlar isə kainat miqyasında elə də uzunmüddətli fəaliyyətdə olmurlar. Buna görə də radiosiqnalların bizlərə hələ məlum olmayan digər formalaşma üsulları və ya şərtləri ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Su erkən kainatın ilkin mərhələlərində artıq mövcud olub
    su-erken-kainatin-ilkin-merhelelerinde-artiq-movcud-olub
    İnsanlar öz smartfonlarını gün ərzində 200 dəfədən çox yoxlayırlar
    insanlar-oz-smartfonlarini-gun-erzinde-200-defeden-cox-yoxlayirlar
    2024-cü ilin əsas ifadəsi açıqlanıb
    2024-cu-ilin-esas-ifadesi-aciqlanib
    İnsan beyninin düşüncə sürəti təyin edilib
    insan-beyninin-dusunce-sureti-teyin-edilib
    Alimlər yeni bir metodla xərçəng hüceyrələrini normal bir hüceyrəyə çevirə biliblər!
    alimler-yeni-bir-metodla-xerceng-huceyrelerini-normal-bir-huceyreye-cevire-bilibler