Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb
Elm & Texnologiya
16.05.2024
Emil Nəcəfov
Mütəxəssislər Yer kürəsinin gələcəyinə təhlükə mənbəyi kimi çıxış edən iqlim böhranı ilə artıq insanları qorxutmurlar. Belə ki, onların sözlərinə əsasən iqlim böhranı artıq başlayıb. Rəsmi məlumata əsasən keçən ilin yay fəsli 1850-ci ildən indiyənə kimi müşahidə edilmiş ən isti yay fəsli kimi qeydə alınıb. Kembric Universitetinin alimləri təyin ediblər ki, keçən ilin iyun, iyul və avqust aylarında havanın temperaturu 2000 il bundan öncəki yay fəslindəki hava temperaturundan demək olar 4 dərəcə Selsi yüksək olub. İqlim üzrə mütəxəssislər daha öncə təyin etmişdilər ki, son onilliklər ərzində qlobal temperatur göstəricisi sürətlə artır.
Bir neçə müddət bundan öncə isə məlum oldu ki, Yer kürəsində son 100 000 ilin ən isti dövrü başlayıb. Mütəxəssislərin əldə etmiş olduqları məlumatlar bizim planetimizin geoloji keçmişi barəsində təsəvvürlərin formalaşmasına imkan verən faktorlara əsaslanırlar. Lakin həmin faktorlar da ayrı-ayrı illəri və hətta onillikləri əks etdirə bilmirlər. Bu vəziyyəti düzəltmək üçün alimlər illik ağac halqalarının analizinə müraciət ediblər. Məsələ burasındadır ki, ağac halqası onun yaşını göstərməklə yanaşı həmçinin iqlim barəsində məlumatları da əks etdirir.
Öz müşahidələri çərçivəsində alimlər ağac halqaları fosillərini və hal-hazırda mövcud olan ağac halqalarını analiz ediblər. Nəticədə onlar son 2000 ilin yay temperaturları təsvirini formalaşdıra biliblər. Onlar təyin ediblər ki, keçən ilin yay fəslindəki temperatur 1850-ci ildən 1900-cü ilə kimi olmuş yay fəsillərindəki temperaturlardan 2.07 dərəcə Selsi daha yüksək olub. Bununla belə 536-cı ildə start götürmüş ən soyuq yay fəsli ilə müqayisədə keçən ilin yay fəsli 3.93 dərəcə Selsi daha isti keçib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer kürəsində son 100 000 ilin ən isti temperatur dövrü başlayıb
Yer kürəsində son 100 000 ilin ən isti temperatur dövrü başlayıb
Son 10 ay ərzində Yer kürəsi yeni iqlim rekordlarına imza atıb. Bu ilin mart ayı indiyənə kimi müşahidə edilmiş ən isti mart ayı olub.
Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
Aparılmış daha realistik ekoloji modelləşdirmə onu göstərib ki, bitkilər daha öncə proqnozlaşdırılandan daha çox CO2 qazı uda bilirlər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!