Dəniz dibinin altında inkişaf etmiş canlıların olduğu həyat kəşf edilib! (VİDEO)
Elm & Texnologiya
16.10.2024
Farid Pardashunas
Okean dibinin altındakı gizli mağaralarda, əvvəllər görünməmiş bir həyat kəşf edilib.
Yeni bir araşdırma, okeanların qaranlıq, soyuq və yüksək təzyiqli dərinliklərində düşündüyümüzdən çox daha mürəkkəb bir hidrotermal ekosistemin mövcud olduğunu ortaya qoyub. Vyana Universitetinin dəniz bioloqu Monika Bright bildirib ki, "Orada dəhlizlər olduğunu bilmirdik, bu bizi təəccübləndirdi. Bu boşluqlar daha əvvəl geoloqlar tərəfindən təsvir edilmişdi, amma orada heyvanların olduğu bilinmirdi. Biz bioloqlar isə bu boşluqların mövcudluğundan xəbərsiz idik. Ta ki, səthdə boru qurdlarının sürfələrini axtararkən qaya nümunələri toplayıb, bu boşluqları kəşf edənə qədər".
Şərqi Sakit okean silsiləsi adlanan struktur, dəniz səthindən 2515 metr dərinlikdə yerləşir. Bu bölgənin həyat üçün uyğun olmadığı deyilir və araşdırma aparmaq üçün də çətin bir yer olduğu vurğulanır. Bright və həmkarları, Falkor adlı gəmi ilə apardıqları araşdırmalarda uzaqdan idarə olunan cihazlar vasitəsilə bu strukturdakı canlıları aşkar ediblər.
Bright, böyük boru qurdlarının tapılmasının, sürfələrin dəniz dibinin altından yuxarıya doğru bacaları koloniyalaşdıra biləcəyi fərziyyəsini təsdiqlədiyini söyləyib. Bəzi uyğun növlər, mühit uyğun olarsa, alt səthdə məskən sala bilirlər. Dəhlizlərin nə qədər geniş əraziyə yayıldığı məlum deyil. Tədqiqatçılar bu strukturun dərin dəniz mədənçiliyi kimi təhdidlərə qarşı qorunmasının vacib olduğunu vurğulayırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibb dünyası texnologiyanın sərhədlərini aşan yeni bir inkişafın şahidi olub. İsveçrəli cərrahlar qrupu 9300 kilometr uzaqdan PlayStation Move və DualSense pultları ilə bir donuza endoskopik cərrahiyyə əməliyyat etməyi bacarıb.
Yeni kəşf sayəsində fizikanın qaydalarını dəyişəcək 5-ci qüvvə ortaya çıxa bilər!
Yeni kəşf sayəsində fizikanın qaydalarını dəyişəcək 5-ci qüvvə ortaya çıxa bilər!
OSIRIS-REx kosmik aparatının Bennu asteroidindən topladığı məlumatlar, hələ müəyyən edilməmiş ultra yüngül hissəciklər tərəfindən ötürülən potensial 5-ci təbiət qüvvəsinin mövcudluğuna işarə edir.
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Məhəllənin dostcanlı qəhrəmanı Hörümçək-adam artıq o qədər də xüsusi deyil. Çünki Tufts Universitetinin tədqiqatçıları Hörümçək-adamın biləyindən çıxan torları yaratmağı bacarıblar.
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.
Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
Səs mənbəyini tərk etdikdən sonra dalğalar kimi hər tərəfə yayılır. Lakin alimlər səs dalğalarının yalnızca tək bir istiqamətə doğru hərəkət etməsini təmin edən bir cihaz hazırlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ