
Büdcəli Samsung Galaxy M06 5G təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.02.2025
Emil Nəcəfov
Samsung şirkəti Galaxy M16 5G-dən əlavə olaraq Galaxy M seriyasının daha bir yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M06 5G-dən gedir. Bu smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Galaxy M06 5G smartfonu Galaxy M16 5G kimi yastı gövdə dizaynını əldə edib. Smartfonun arxa panelinin yuxarı sol hissəsində oval formalı kamera sahəsi yerləşib. Lakin Galaxy M16 5G-dən fərqli olaraq Galaxy M06 5G-nin kamera sahəsi daxilində iki ədəd kamera yerləşir.

Smartfon HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfon özündə 3.5 mm-lik audiogirişi birləşdirir. Galaxy M06 5G, MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda Galaxy M06 5G smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon 4 il ərzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy M06 5G gələn ayın əvvəlində Hindistanda satışa çıxacaq və onun qiyməti 108$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Büdcəli Samsung Galaxy M16 5G təqdim edilib - QİYMƏTİ

Büdcəli Samsung Galaxy M16 5G təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy M seriyasının yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M16 5G-dən gedir. Smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Samsung Galaxy A seriyasının yeni smartfonlarının nə zaman təqdim olunacaqları rəsmi şəkildə açıqlanıb

Samsung Galaxy A seriyasının yeni smartfonlarının nə zaman təqdim olunacaqları rəsmi şəkildə açıqlanıb
Samsung təqdim olunacaq yeni smartfonların konkret adlarını açıqlamayıb. Lakin gözləntilərə əsasən söhbət, Galaxy A36 və A56 modellərindən gedir.
Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər

Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
Samsung Android smartfon seqmentində proqram təminatına dəstək səviyyəsini daim yüksəldir. Şirkət Android əməliyyat sistemi üçün 4 əsas yeniləmə vəd edən ilk istehsalçı olub.
Samsung-un potensial smart eynəyi görmə qabiliyyətini düzəldə biləcək

Samsung-un potensial smart eynəyi görmə qabiliyyətini düzəldə biləcək
Samsung Google ilə birlikdə Android XR əməliyyat sistemi əsasında çalışacaq öz artırılmış reallıq cihazını hazırlayır. Şirkət hələlik cihazla bağlı ətraflı məlumat verməyib, lakin onun olduqca iddialı bir layihə olacağı bildirilib.
Samsung Galaxy S25 Edge smartfonunun real gövdə qalınlığı sərgilənib

Samsung Galaxy S25 Edge smartfonunun real gövdə qalınlığı sərgilənib
İnternetdə hələ rəsmi elan olunmamış Samsung Galaxy S25 Edge və qatlana bilən Galaxy Z Fold 6 modellərinin maraqlı video-müqayisəsi yayımlanıb. Lakin video tez bir zamanda silinib, amma cihazın dizaynını internetdə qalan ekran görüntülərindən qiymətləndirmək mümkündür.
Həftənin xəbərləri

