iPhone 17 və iPhone 17 Plus 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edə bilərlər
Cihazlar+
27.02.2024
Emil Nəcəfov
The Elec saytının vermiş olduğu məlumata əsasən gələn il təqdim olunacaq iPhone 17 və iPhone 17 Plus smartfonları aşağı enerji sərfiyyatına sahib ProMotion OLED ekranları əldə edə bilərlər. Bu isə o deməkdir ki, iPhone 17 ilə iPhone 17 Plus modelləri böyük ehtimal ilə 120 Hz-lik təsvir yenilənməsi dəstəyini də əldə edəcəklər. Qeyd etmək lazımdır ki, indiyənə kimi ProMotion OLED ekranlar yalnız iPhone Pro modellərində istifadə edilib. Məlumata əsasən Apple bu ilki iPhone 16 və iPhone 16 Plus modellərində standart LTPS ekranları istifadə etməyə davam edəcək. Bu üsul ilə şirkət adi iPhone 16 modelləri ilə iPhone 16 Pro modelləri arasındakı fərqi qoruyub saxlamaq istəyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft dəfələrlə Bing-i Apple şirkətinə satmaq təklifini edibmiş
Microsoft dəfələrlə Bing-i Apple şirkətinə satmaq təklifini edibmiş
Google ilə ABŞ Ədliyyə Nazirliyi arasında aktiv olan antimonopoliya məhkəmə işi çərçivəsində təqdim edilmiş sənədlər sayəsində məlum olub ki, Microsoft dəfələrlə Apple şirkətini öz cihazlarındakı Safari brauzeri üçün standart axtarış sistemi qismində Bing-dən istifadə etməyə və ümumilikdə Bing-in alınmasına razı salmağa çalışıb.
Apple yeni növ cihazlar üzərində çalışır
Apple yeni növ cihazlar üzərində çalışır
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti özünün smart üzüyünü hazırlamağı nəzərdən keçirir.
Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
Bu ayın əvvəlində ABŞ-da Apple Vision Pro-nun satışlarına start verildi. İndi isə sözügedən qarışıq reallıq cihazının komponentlərinin hansı qiymətə başa gəldikləri barəsində məlumat verilib.
iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
Hər bir yeni məhsulun hazırlanması prosesi çərçivəsində şirkətlər müxtəlif dizayn variantlarını nəzərdən keçirirlər. Apple da bu mövzuda istisna şirkət deyil.
Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
Keçən il bir neçə dəfə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti ekrana sahib yeni nəsil HomePod smart səsgücləndiricisi üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ