
Samsung Galaxy S25 Edge-in nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı məlum olub
Cihazlar+
28.02.2025
Emil Nəcəfov
Samsung şirkəti Galaxy S25 Edge modelinin təqdimatını 2025-ci ilin aprel ayının ortalarında keçirməyi planlaşdırır. Koreya mənbələrinə əsasən, təqdimat tarixi 16 aprel 2025-ci il olaraq gözlənilir, satışların isə may ayında başlaması planlaşdırılır. Galaxy S25 Edge, Galaxy S25 seriyasının dördüncü üzvü olaraq, Galaxy Unpacked tədbirində qısa olaraq anons edilmişdi. Lakin cihazın xüsusiyyətləri barədə ətraflı məlumat verilməmişdi. Son sızdırılan məlumatlara görə, Galaxy S25 Edge 6.7 düym-lük ekrana və təxminən 5.8 mm qalınlıqda incə bir gövdəyə sahib olacaq.

Bu onu seriyanın digər modellərindən daha nazik edir. Cihazın texniki xüsusiyyətlərinə gəldikdə, Snapdragon 8 Elite prosessoru, 12 GB-a qədər RAM və 256 GB-dan başlayan yaddaş variantları ilə təchiz ediləcəyi gözlənilir. Arxa kameranın 200 MP əsas sensor və ön kameranın 12 MP olacağı bildirilir. Batareya tutumu isə 4000 mAh olacaq. Galaxy S25 Edge-in qiyməti barədə rəsmi məlumat olmasa da, təxminən 1099$ aralığında olması gözlənilir. Bu, onu Galaxy S25+ və S25 Ultra modelləri arasında yerləşdirir. Qeyd etmək lazımdır ki, bu məlumatlar rəsmi olaraq təsdiqlənməyib və dəyişikliklər ola bilər.
Mənbə: Sedaily
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung smartfonları kvant kompüterlərindən qoruyacaq çip üzərində çalışır

Samsung smartfonları kvant kompüterlərindən qoruyacaq çip üzərində çalışır
Samsung kvant kompüterlərdən qorunmaq üçün yeni təhlükəsizlik çipi üzərində çalışır. S3SSE2A adlanan bu yeni çip, Samsung System LSI (Exynos çiplərinin hazırlanmasından cavabdeh olan şöbə) tərəfindən hazırlanıb və gələcək Galaxy cihazlarını kvant kompüterlərdən qaynaqlanan təhlükələrdən qorumağı hədəfləyir.
OneUI 7.0-ın Samsung smartfonlarında hansı tarixlərdə istifadəyə veriləcəyi məlum olub

OneUI 7.0-ın Samsung smartfonlarında hansı tarixlərdə istifadəyə veriləcəyi məlum olub
Samsung şirkəti OneUI 7.0 istifadəçi interfeysinin öz smartfonlarında nə zaman istifadəyə veriləcəyi barəsində hələ rəsmi məlumat verməyib. Lakin internetdə sözügedən istifadəçi interfeysinin Samsung smartfonlarında istifadəyə verilmə tarixlərini özlərində birləşdirən screenshot fotolar ortaya çıxıb.
Samsung Galaxy Z Fold 7-nin render fotoları təqdim edilib

Samsung Galaxy Z Fold 7-nin render fotoları təqdim edilib
Samsung şirkəti bu ilin ikinci yarısında qatlana bilən Galaxy Z Fold 7 smartfonunu təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder bu yeni qatlana bilən smartfonun keyfiyyətli render fotolarını təqdim edib.
Büdcəli Samsung Galaxy M06 5G təqdim edilib - QİYMƏTİ

Büdcəli Samsung Galaxy M06 5G təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy M16 5G-dən əlavə olaraq Galaxy M seriyasının daha bir yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M06 5G-dən gedir.
Büdcəli Samsung Galaxy M16 5G təqdim edilib - QİYMƏTİ

Büdcəli Samsung Galaxy M16 5G təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy M seriyasının yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M16 5G-dən gedir. Smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri

