main-post-cover

    Samsung Galaxy Z Fold 7-nin render fotoları təqdim edilib

    Cihazlar+
    27.02.2025
    Emil Nəcəfov
         Samsung şirkəti bu ilin ikinci yarısında qatlana bilən Galaxy Z Fold 7 smartfonunu təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder bu yeni qatlana bilən smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da belə qənaətə gəlmək olar ki, Galaxy Z Fold 7 modeli xarici görünüşcə keçən ilki Galaxy Z Fold 6 modelinə bənzəyəcək.
         İnsayder bildirib ki, smartfonun tam açıq vəziyyətdə gövdə qalınlığı 4.5 mm, tam qapalı vəziyyət gövdə qalınlığı isə 9.5 mm təşkil edəcək. Məlumatda qeyd edilib ki, Galaxy Z Fold 7 smartfonu 8.2 düym ölçülü daxili ekran və 6.5 düym ölçülü xarici ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. İnsayderin sözlərinə inansaq, smartfon 200 MP-lik əsas arxa kameranı, 2 MP-lik və 10 MP-lik ön kameraları əldə edəcək. Smartfonun batareya həcminin isə 4400 mAh təşkil edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Samsung Galaxy M06 5G təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-m06-5g-teqdim-edilib-qiymeti
    Büdcəli Samsung Galaxy M16 5G təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-m16-5g-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A seriyasının yeni smartfonlarının nə zaman təqdim olunacaqları rəsmi şəkildə açıqlanıb
    samsung-galaxy-a-seriyasinin-yeni-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-resmi-sekilde-aciqlanib
    Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
    samsung-snapdragon-prosessorlu-smartfonlarinda-8-illik-android-desteyini-reallasdira-biler
    Samsung-un potensial smart eynəyi görmə qabiliyyətini düzəldə biləcək
    samsung-un-potensial-smart-eyneyi-gorme-qabiliyyetini-duzelde-bilecek