main-post-cover

    Xiaomi-nin heç bir fiziki düyməyə sahib olmayan smartfonunun fotoları ortaya çıxıb

    Cihazlar+
    06.09.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti heç bir fiziki düyməyə sahib olmayan smartfon üzərində çalışır. İndi isə internetdə şirkətin daha öncə bu cür dizaynda hazırlamış, lakin satışa çıxartmamış smartfonunun real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar Xiaomi-nin hazırladığı daha belə bir smartfonun necə bir xarici görünüşə sahib ola biləcəyini əks etdirirlər.
         Məlumatda qeyd edilib ki, fotolarda əks olunmuş smartfon Wangshu kod adına sahib olub və o, il yarım bundan öncə hazırlanıb. Məlumata əsasən şirkətin heç bir fiziki düyməyə sahib olmayan smartfonunun prototipi Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışıb və özündə 200 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirib. Üstəlik prototip 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının da dəstəyinə sahib olub. Heç istisna deyil ki, Xiaomi ləğv edilmiş bu smartfon ideyasını təkmilləşdirərək onu kütləvi istehsal etmək planına sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Ultra daha yaxşı əsas arxa kameraya sahib olacaq
    xiaomi-15-ultra-daha-yaxsi-esas-arxa-kameraya-sahib-olacaq
    Redmi brendi Redmi A3 Pro adlı yeni büdcəli smartfonu üzərində çalışır
    redmi-brendi-redmi-a3-pro-adli-yeni-budceli-smartfonu-uzerinde-calisir
    Xiaomi 15-in ön panelini əks etdirən yeni render foto təqdim edilib
    xiaomi-15-in-on-panelini-eks-etdiren-yeni-render-foto-teqdim-edilib
    Büdcəli Redmi Buds 6 Lite naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-buds-6-lite-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Xiaomi artıq MIX Flip 2 üzərində çalışır
    xiaomi-artiq-mix-flip-2-uzerinde-calisir