main-post-cover

    Telegram Avropa Birliyi regionunda ciddi nəzarət altında olacaq

    Sosial Media
    08.05.2024
    Farid Pardashunas
         Avropa Birliyi Telegram üzərində nəzarəti gücləndirmək niyyətindədir. Belə ki, Telegram-da moderasiya ilə idarənin olmadığı səbəbilə messencer təkcə adi istifadəçilər arasında deyil, həmçinin terrorçular arasında da məşhurdur. Avropa Birliyinin kontent moderasiyası barəsində olan yeni qanunlarına uyğun gəlmək üçün Telegram Avropa regionunda öz təmsilçisi qismində Brüsselin (Belçika) EDSR (European Digital Services Representative) şirkətini seçib. Beləliklə bundan sonra messencer Belçika hökuməti tərəfindən tənzimlənəcək və bu ölkənin tənzimləyici orqanları tərəfindən ciddi nəzarət altında olacaq.
         Bu, Avropa Birliyinin yeni qanunvericiliyi ilə bağlıdır. Yeni qanunvericiliyə əsasən internet platformaları qanunsuz kontentlər və dezinformasiya ilə mübarizə aparmalıdırlar. Avropanın Politico nəşriyyatı bildirib ki, Avropa Birliyinin Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən Avropada fəaliyyət göstərən bütün böyük İT şirkətlər Avropa Birliyinə daxil olan ölkələrdən birində öz rəsmi təmsilçilərini təyin etməlidirlər. Məhz həmin təmsilçilər vasitəsilə milli tənzimləyici orqanlar kontent moderasiyası ilə bağlı qanunlara riayət edilib-edilmədiyinə nəzarət edəcəklər. Telegram isə özünün Avropa təmsilçisi qismində Belçikanın EDSR şirkətini seçib.
         Nəticədə Avropa Birliyi regionunda Telegram-ı bundan sonra Belçikanın Poçt və Telekommunikasiya Texnologiyaları İnstitutu (BIPT) adlı tənzimləyici orqanı idarə edəcək. BIPT nümayəndələrinin sözlərinə əsasən Belçika hökuməti Telegram-ın nəzarəti üçün lazım olan bütün səlahiyyətləri yaxın həftələr ərzində əldə edəcək. Müxtəlif tənzimləyici orqanların sözlərinə əsasən Telegram terrorçuların və kibercinayətkarların məkanına çevrilib və bu səbəbdən də onun üzərində ciddi nəzarəti təmin etmək vacib məsələdir. Telegram-ın qarşısında duran vacib tapşırıqlar arasında isə kontentin effektiv moderasiyasını təmin etmək və öz platforması çərçivəsində qanunsuz fəaliyyətləri bloklamaqdır. Əks halda messenceri böyük cərimələr gözləyə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
    bir-istifadeci-dogum-tarixini-yanlis-teqdim-etdiyine-gore-chatgpt-ni-mehkemeye-verib
    Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)
    telegram-in-yaradicisi-pavel-durov-genis-musahibe-verib-video
    Telegram-da adi istifadəçilər üçün faylların yüklənməsi sürətində məhdudiyyət tətbiq edilə bilər
    telegram-da-adi-istifadeciler-ucun-fayllarin-yuklenmesi-suretinde-mehdudiyyet-tetbiq-edile-biler
    Telegram-ın bazar dəyəri nə qədər təşkil edir?
    telegram-in-bazar-deyeri-ne-qeder-teskil-edir
    Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
    gelen-aydan-telegram-oz-reklam-gelirlerini-kanallarin-sahibleri-ile-bolusmeye-baslayacaq