main-post-cover

    Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib

    Startup və Biznes
    20.11.2023
    Emil Nəcəfov
         OpenAI şirkətinin direktorlar şurası şirkətin CEO-su Sam Altman-ı heç gözlənilmədən işdən azad edib. Direktorlar şurasının sözlərinə əsasən Altman öz işində lazımi səviyyədə səmimi olmayıb. “Altman direktorlar şurası ilə ünsiyyətində səmimi olmayıb. Bu isə öz növbəsində onun şirkət daxili öhdəliklərinin yerinə yetirilməsində maneələr yaradıb. Direktorlar şurası onun OpenAI şirkətinin rəhbəri rolunda çıxış edə biləcəyinə şübhə edir” - deyə OpenAI şirkətinin direktorlar şurası qeyd edib.
         Altman öz növbəsində işdən azad edilməsi ilə bağlı məlumatı təsdiqləyib və bildirib ki, gələcək planları barəsində daha sonra məlumat verəcək. OpenAI şirkətinin müddətli CEO-su qismində isə Mira Murati çıxış edəcək. O daha öncə OpenAI-da baş texniki direktor vəzifəsində çalışıb. Bununla yanaşı şirkətin prezidenti vəzifəsindən Greg Brockman azad edilib. O, Altman-ın işdən azad edildiyi xəbərini eşidəndən sonra şirkətdən ayrılmaq qərarını verib.
         Qeyd etmək lazımdır ki, Altman ilə Brockman OpenAI şirkətinin həmtəsisçiləridir. Bəzi məlumatlara əsasən Altman-ın şirkət daxilindəki digər rəhbərlərlə konflikti olub. Belə ki, Altman şirkətin əsasən kommersiya məqsədli şirkət istiqamətində getməsini istəyib. Lakin əksər top menecerlər OpenAI şirkətinin qeyri-kommersiya məqsədli təşkilat formatında çalışmasını istəyib. Bundan əlavə olaraq bəzi insayderlər bildiriblər ki, Altman OpenAI-dan gizli şəkildə öz şirkətini təsis edib və onun üçün hətta müəyyən investorlardan investisiyalar da cəlb edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb
    chatgpt-plus-a-yeni-istifadecilerin-qeydiyyati-mueyyen-muddetlik-dayandirilib
    OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
    openai-sirketi-gpt-5-in-hazirlanmasina-start-verib
    ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
    chatgpt-nin-heftelik-istifadeci-kutlesi-100-milyonu-kecib
    OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
    openai-cat-botlarin-yaradilmasi-ucun-gpts-adli-konstruktoru-teqdim-edib
    OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
    openai-sirketi-gpt-4-turbo-nu-teqdim-edib