İnsanın əl yazısına bənzər şriftləri tərtib edə bilən neyron şəbəkəsi yaradılıb
Süni İntellekt
18.01.2024
Emil Nəcəfov
Məhəmməd ibn Zeyd Əl-Nəhayan adına Süni Zəka Universitetinin (MBZUAI) tədqiqatçılar komandası əsl insanın əl yazısına bənzər şriftləri tərtib etməyi bacaran neyron şəbəkəsini yaradıblar. Yaradılmış neyron şəbəkəsinin təlimatlandırılması üçün əl yazısı nümunəsinin kiçik bir fraqmenti kifayət edib. Mütəxəssislər ilk növbədə ingilis dilində əl yazısının tərtib edilməsinə diqqət ayırıblar. Lakin növbəti mərhələlərdə onlar bu neyron şəbəkəsinə digər dillərdə də əl yazısının tərtib edilməsini öyrədəcəklər. Mütəxəssislər yaratmış olduqları neyron şəbəkəni əl yazısını tərtib edən digər sistemlər ilə müqayisə ediblər. Bunun üçün onlar bu mövzuda 3 neyron şəbəkəsi tərəfindən tərtib edilmiş nümunələri 100 nəfərə göstəriblər və həmin şəxslərə ən yaxşı variantı seçmək təklifini ediblər. Məlum olub ki, 100 nəfər şəxsin 81%-i məhz yaradılmış yeni neyron şəbəkəsinin tərtib etmiş olduğu nümunəni seçib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ümumdünya İqtisadi Forumundə ən çox müzakirə olunan mövzulardan biri süni zəka olub
Ümumdünya İqtisadi Forumundə ən çox müzakirə olunan mövzulardan biri süni zəka olub
Davos şəhərində bu il keçirilən Ümumdünya İqtisadi Forumunda əsas müzakirə mövzularından biri də süni zəka olub.
Süni zəka insanlar arasındakı bərabərsizlik səviyyəsini böyüdə bilər
Süni zəka insanlar arasındakı bərabərsizlik səviyyəsini böyüdə bilər
Beynəlxalq Valyuta Fondunun (BVF) analizlərinə əsasən süni zəka qlobal miqyasda iş yerlərinin 40%-nə təsir göstərə və insanlar arasındakı bərabərsizlik səviyyəsini yüksəldə bilər.
OpenAI öz məhsullarının hərbi məqsədlərdə istifadə qadağasını aradan qaldırıb
OpenAI öz məhsullarının hərbi məqsədlərdə istifadə qadağasını aradan qaldırıb
OpenAI şirkəti öz məhsullarının istifadəsi siyasətində anons edilməmiş dəyişikliklər edib.
Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
Microsoft şirkəti Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası ilə birləşərək süni zəka vasitəsilə yeni nəsil batareya üçün nəzərdə tutulmuş perspektivli material yaradıb.
Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir
Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir
Süni zəka sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər arasında keçirilmiş sorğuya əsasən süni zəkanın insan idarəsi altından çıxaraq bizləri məhv etmə riski 5% təşkil edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!