Nvidia, 50 trilyon dollarlıq “AI avtomatlaşdırma” bazarına hazırlaşır!
Süni İntellekt
28.06.2024
Farid Pardashunas
Nvidia CEO-su Jensen Huang, şirkətin illik toplantısında verdiyi açıqlamada 50 trilyon dollarlıq süni intellektə əsaslanan avtomatlaşdırma bazarından faydalanmaq istədiyini bildirib.
Generativ süni intellektin həyatımıza daxil edilməsi ilə iş prosesləri sadələşdirilsə də, qarşıdan gələn ikinci dalğa süni intellektin avtomatlaşdırılması olacaq. Microsoft, Amazon və ya digər böyük şirkətlər demək olar ki, bu avtomatlaşdırma yarışına girmiş vəziyyətdədirlər. Bu yarışda fərq yaradacaq şey hesablama gücü tutumu olacaq. Digər tərəfdən Nvidia, dünyanın ən yaxşı süni intellekt hesablama yığını olan CUDA ilə həm aparat, həm də emal gücü tərəfində hazır vəziyyətdə gözləyir.
Nvidia CEO-su Jensen Huang, şirkətin bu sahədəki güclü mövqeyindən istifadə edərək 50 trilyon dollarlıq süni intellektə əsaslanan avtomatlaşdırma bazarında qabaqcıl olmaq istəyir. Huang-ın sözlərinə görə, sənaye artıq avtomatlaşdırmaya doğru irəliləyir və biznesin iqtisadi tərəfində o, süni intellektin gələcəyini parlaq və “yaşıl” olaraq görür.
Huang, həmçinin Nvidia-nın inkişafı üçün təxminən 10 milyard dollar xərcləyən yeni Blackwell arxitekturası barəsində də danışıb. CEO, olduqca cəsarətli bir şəkildə Blackwell-in tarixlərindəki və bütün kompüter tarixindəki ən uğurlu məhsul olduğunu bildirib. Bu bəyanat olduqca iddialı səslənsə də, statistikaya nəzər saldıqda kifayət qədər həqiqəti əks etdirdiyni görə bilərik. Blackwell, çox güman ki, Nvidia üçün böyük sərvət mənbəyi olacaq. Blackwell B100 və B200-ün dəqiq qiymətləri açıqlanmayıb, lakin Huang özü B100-ün qiymət diapazonunun 30-40 min dollar arasında olduğunu bildirib. Təbii ki, imtiyaz istəyən şirkətlər üçün bu qiymətlər artacaq.
Linki kopyala
Nvidia Blackwell
nvidia ai
nvidia artificial intelligence
artificial intelligence
nvidia
ai
suni zeka
suni intellekt
Blackwell
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google, süni intellektlə çalışan video tərtib etmə aləti Google Vids-i bəzi istifadəçilər üçün əlçatan edib!
Google, süni intellektlə çalışan video tərtib etmə aləti Google Vids-i bəzi istifadəçilər üçün əlçatan edib!
Google, mətndən video yaratmaq üçün süni intellekt vasitəsi olan Google Vids-i bəzi istifadəçilər əlçatan edib.
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
OpenAI tərəfindən hazırlanan və süni intellektlə videolar yarada bilən Sora tərəfindən yaradılan ilk qısametrajlı film, işıq üzü görüb.
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor şirkəti, Mobil Dünya Konqresində (MWC) deepfake görüntülərini aşkar edəcək və göz sağlamlığını qoruyacaq yeni süni intellekt xüsusiyyətlərini təqdim edib.
Siyasi deepfake-lər süni zəka sui-istifadəsinin ən məşhur istiqamətinə çevrilib
Siyasi deepfake-lər süni zəka sui-istifadəsinin ən məşhur istiqamətinə çevrilib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası tərəfindən aparılmış araşdırma sayəsində məlum olub ki, süni zəka ən çox kiberhücumların təşkilində deyil, deepfake-lərin yaradılmasında sui-istifadə edilir.
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
Google, insanların nəinki sual verə biləcəyi, həm də birlikdə vaxt keçirə biləcəyi çatbotlar yaratmaq istəyir. Buna görə də Google, məşhurları süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ