main-post-cover

    OpenAI GPT-4.5 süni zəka modelini təqdim edib

    Süni İntellekt
    28.02.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti GPT-4.5 süni zəka modelini təqdim edib. Bu, şirkətin indiyə qədərki ən inkişaf etmiş və genişmiqyaslı böyük dil modelidir (LLM). İstehsalçının sözlərinə görə, bu, onların "ən məlumatlı modeli"dir, lakin GPT-4.5-in inqilabi bir model olmadığı aydındır və bəzi hallarda məntiqi düşünmə bacarıqlarına malik o1 o3-mini modelləri qədər yüksək nəticələr göstərməyə bilər. GPT-4.5 növbəti təkmilləşdirilmiş imkanları təklif edir. Daha keyfiyyətli mətn yazma bacarığı, dünyaya dair daha geniş və dəqiq biliklər, öncəki modellərlə müqayisədə "inkişaf etmiş fərdilik" xüsusiyyəti. OpenAI bildirib ki, GPT-4.5 ilə ünsiyyət daha təbiidir.
         Şirkət əlavə edib ki, bu model daha yaxşı nümunələr tanıyır və əlaqələri müəyyənləşdirir. Bu xüsusiyyətlər onu mətn yazmaq, proqramlaşdırmaq və praktiki məsələləri həll etmə" üçün ideal hala gətirir. OpenAI xəbərdarlıq edib ki, GPT-4.5-də inqilabi yeniliklər yoxdur və onu qabaqcıl model kimi qiymətləndirmək olmaz. "GPT-4.5 tamamilə yeni bir model deyil, lakin OpenAI-nin indiyə qədərki ən böyük LLM modelidir və hesablama effektivliyi baxımından GPT-4-dən 10 dəfə üstündür" - deyə OpenAI-nin rəsmi elanından əvvəl sızdırılmış sənəddə belə qeyd edilir. Bununla belə, o, məntiqi düşünmə qabiliyyətinə malik əvvəlki modellərlə müqayisədə 7 əsas yeni funksiyanı təqdim etmir və əksər testlərdə o1, o3-mini və Deep Research modellərindən geri qalır.
         Əvvəllər yayılan məlumata görə, OpenAI öz o1 modelindən istifadə edərək GPT-4.5-i süni məlumatlar əsasında təlimatlandırıb. Şirkət açıqlayıb ki, GPT-4.5-in təlim prosesi yeni idarəetmə üsulları ilə yanaşı, GPT-4o üçün istifadə edilmiş ənənəvi metodlara əsaslanır. Bu metodlar arasında nəzarətli incə tənzimləmə (SFT) və insan rəyinə əsaslanan möhkəmləndirici təlimatlandırma (RLHF) da var. OpenAI tədqiqatçısı Raphael Gontijo Lopes bildirib: "Biz GPT-4.5-i daha yaxşı əməkdaşlıq edə biləcək şəkildə tənzimlədik, nəticədə ünsiyyət daha isti, intuitiv və emosional cəhətdən daha zəngin oldu. Bu dəyişiklikləri qiymətləndirmək üçün testçilərdən GPT-4.5-i GPT-4o ilə müqayisə etmələrini istədik və nəticədə yeni model demək olar ki, bütün kateqoriyalarda daha yaxşı nəticə göstərdi".
         OpenAI bildirib ki, bəzi məhdudiyyətlərə baxmayaraq, GPT-4.5 "halüsinasiyalara" (yəni səhv məlumat yaratmağa) daha az meyillidir. O, GPT-4o modelindən xeyli az səhv edir və o1 modelindən də bir qədər daha etibarlıdır. Yeni model daha inkişaf etmiş intuisiyaya və yaradıcılıq qabiliyyətinə malikdir. İstifadəçilərin niyyətlərini daha yaxşı anlayır və incə məqamları, qeyri-müəyyən gözləntiləri daha dəqiq şərh edir. GPT-4.5 bu gündən etibarən ChartGPT Pro abunəçiləri və tədqiqatçılar üçün əlçatandır. Qeyd etmək lazımdır ki, ChatGPT Pro abunəliyinin haqqı aylıq 200$ təşkil edir. Model hələ ilkin tədqiqat mərhələsində sınaqdan keçirilir. Bu erkən buraxılışın məqsədi onun güclü və zəif tərəflərini daha yaxşı anlamaqdır.
         Şirkət GPT-4.5-in nə vaxt daha geniş auditoriyaya təqdim ediləcəyini hələ açıqlamayıb. Ötən həftə yayılan məlumata görə, OpenAI GPT-4.5-i fevral ayının sonuna qədər, GPT-5-i isə may ayının sonunda təqdim etməyi planlaşdırır. OpenAI-nin baş direktoru Sam Altman, GPT-5-i "bir çox texnologiyalarımızı birləşdirən sistem" adlandırıb və qeyd edib ki, bu versiya OpenAI-nin o3 modelini də əhatə edəcək. Keçən ay şirkət o3-mini modelini təqdim etmişdi, lakin tam versiya olan o3 yalnız GPT-5-in bir hissəsi kimi çıxacaq. OpenAI bütün böyük dil modellərini vahid bir sistemdə birləşdirmək niyyətindədir. Nəticədə, GPT-5 müxtəlif resursları avtomatik idarə edərək, konkret tapşırıqları yerinə yetirmək üçün ən uyğun həlli seçə biləcək daha güclü bir sistemə çevriləcək.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tencent şirkəti DeepSeek-dən daha sürətli çalışan süni zəka modelini təqdim edib
    tencent-sirketi-deepseek-den-daha-suretli-calisan-suni-zeka-modelini-teqdim-edib
    DeepSeek Çində süni zəka inqilabını işə salıb
    deepseek-cinde-suni-zeka-inqilabini-ise-salib
    Microsoft CEO-su: "Süni zəkanın dəyəri onun iqtisadiyyata necə təsir göstərdiyindən asılı olacaq"
    microsoft-ceo-su-suni-zekanin-deyeri-onun-iqtisadiyyata-nece-tesir-gosterdiyinden-asili-olacaq
    OpenAI şirkəti GPT-4.5-i istifadəyə verməyə hazırlaşır
    openai-sirketi-gpt-45-i-istifadeye-vermeye-hazirlasir
    Süni zəka agentləri səbəbilə internet süquta uğraya bilər
    suni-zeka-agentleri-sebebile-internet-suquta-ugraya-biler