main-post-cover

    Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa səsləyib

    Süni İntellekt
    18.01.2024
    Emil Nəcəfov
         Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa çağırıb. Onun sözlərinə əsasən süni zəka texnologiyalarının növbəti inkişaf mərhələləri üçün energetika sahəsində inqilabi həll ortaya çıxmalıdır. Altman qeyd edib ki, süni zəka sahəsində enerji sərfiyyatının artımı alternativ ekoloji enerji mənbələrinin axtarışını zəruri edir. “Bu, termonüvə sintezinə investisiyaların yatırılması mövzusunda bizləri stimullaşdırır” - deyə Altman qeyd edib. Qeyd etmək lazımdır ki, Altman nüvə energetikasında fəaliyyət göstərən çoxlu sayda startapa artıq 100 milyonlarla dollar investisiya edib. Bu cür investisiyalar OpenAI şirkətinin fondu və Microsoft şirkətinin özü tərəfindən həyata keçirilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsanın əl yazısına bənzər şriftləri tərtib edə bilən neyron şəbəkəsi yaradılıb
    insanin-el-yazisina-benzer-sriftleri-tertib-ede-bilen-neyron-sebekesi-yaradilib
    Ümumdünya İqtisadi Forumundə ən çox müzakirə olunan mövzulardan biri süni zəka olub
    umumdunya-iqtisadi-forumunde-en-cox-muzakire-olunan-movzulardan-biri-suni-zeka-olub
    Süni zəka insanlar arasındakı bərabərsizlik səviyyəsini böyüdə bilər
    suni-zeka-insanlar-arasindaki-berabersizlik-seviyyesini-boyude-biler
    OpenAI öz məhsullarının hərbi məqsədlərdə istifadə qadağasını aradan qaldırıb
    openai-oz-mehsullarinin-herbi-meqsedlerde-istifade-qadagasini-aradan-qaldirib
    Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
    microsoft-suni-zeka-vasitesile-18-yeni-material-kesf-edib