Süni zəka insan əməyini tamamilə əvəz edə bilər
Süni İntellekt
23.01.2024
Emil Nəcəfov
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriyasının həmtəsisçisi Mustafa Suleyman CNBC-yə müsahibəsində bildirib ki, uzun müddətli perspektivdə süni zəka insan əməyini tamamilə əvəz edə bilər. Mustafa Suleyman öz müsahibəsini Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumunda verib. Bu tədbirdə ən çox müzakirə olunmuş mövzulardan biri də məhz süni zəka olub.
“Hesab edirəm ki, uzunmüddətli perspektivdə biz bu alətlərin necə inteqrasiya edilməsi mövzusunda yaxşıca düşünməliyik. Onları tamamilə bazarın ixtiyarına buraxsaq, həmin alətlər insan əməyini kökündən əvəz edəcəklər” - deyə Mustafa Suleyman qeyd edib. Mütəxəssislər bildiriblər ki, iş yerlərinin süni zəka vasitəsilə əvəzlənməsi prosesi artıq gedir. Belə ki, biz keçən il texnoloji və media sahələrində işçilərin kütləvi ixtisarının şahidi olduq. Google, Amazon və Salesforce kimi böyük İT şirkətlər bu il üçün də çoxlu sayda işçinin ixtisar olunacağını istisna etmirlər. İxtisar edilmiş işçilərin çox hissəsi isə süni zəka texnologiyası ilə əvəzlənir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət süni zəka texnologiyalarının hazırlanması istiqamətində NVIDIA-nın son nəsil qrafik prosessorlarının əldə edilməsi üçün milyardlarla dollar vəsait sərf edir.
BMT-nin baş katibi süni zəka mövzusunda böyük texnoloji şirkətləri tənqid edib
BMT-nin baş katibi süni zəka mövzusunda böyük texnoloji şirkətləri tənqid edib
BMT-nin baş katibi Antonio Guterres Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edən zaman böyük texnoloji şirkətləri tənqid edib.
Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa səsləyib
Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa səsləyib
Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka sahəsini nüvə energetikasına diqqət ayırmağa çağırıb.
İnsanın əl yazısına bənzər şriftləri tərtib edə bilən neyron şəbəkəsi yaradılıb
İnsanın əl yazısına bənzər şriftləri tərtib edə bilən neyron şəbəkəsi yaradılıb
Məhəmməd ibn Zeyd Əl-Nəhayan adına Süni Zəka Universitetinin (MBZUAI) tədqiqatçılar komandası əsl insanın əl yazısına bənzər şriftləri tərtib etməyi bacaran neyron şəbəkəsini yaradıblar.
Ümumdünya İqtisadi Forumundə ən çox müzakirə olunan mövzulardan biri süni zəka olub
Ümumdünya İqtisadi Forumundə ən çox müzakirə olunan mövzulardan biri süni zəka olub
Davos şəhərində bu il keçirilən Ümumdünya İqtisadi Forumunda əsas müzakirə mövzularından biri də süni zəka olub.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!