main-post-cover

    Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır

    Süni İntellekt
    27.11.2023
    Emil Nəcəfov
         ABŞ-da yerləşən Dreksel Universitetinin mütəxəssisləri bioloji liflərə sahib xüsusi material hazırlayıblar. Hazırlanmış material bakteriyalar vasitəsilə betondakı mikroskopik çatları aradan qaldırmağa imkan verir. Bu öz növbəsində binaların, körpülərin və digər infrastruktur obyektlərinin təmirlərindəki texniki xidmətə qənaət etməyə imkan verəcək. BioFiber adlı material polimer liflərdən təşkil edilib. Həmin liflər isə endosporlardan (yatmış şəkildə yaşayan bakteriyalar) ibarət hidrogel örtüyünə sahibdirlər.
         Sözügedən bakteriyalar ekstremal vəziyyətlərə tab gətirə bilirlər və ətraf mühitin komfortlu olduğu hallarda yuxudan oyanırlar. Betonda çatın əmələ gəldiyi halda onun su ilə qarşılıqlı əlaqəsini gözləmək lazımdır. Su ilə qarşılıqlı əlaqə zamanı hidrogel genişlənir və öz qabığından çıxır. Bakteriyalar isə yuxudan oyanaraq onları əhatə edən betondakı karbon kalsium ilə qidalanmağa başlayırlar. Bunun nəticəsində onlar betondakı çatları sementləşdirən material qismində çıxış edən kalsium karbonatı formalaşdırırlar. Məlumata əsasən BioFiber adlı material betondakı çatı 1-2 günə aradan qaldıra bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
    bitkiler-daha-once-dusunulduyunden-daha-cox-co2-uda-bilirler
    James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
    james-webb-erken-kainatda-en-boyuk-qalaktikalari-kesf-edib
    22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
    22-isiq-ili-uzaqliginda-yer-kuresine-benzeyen-ekzoplanet-yerlesir
    Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
    erken-kainatda-sud-yolu-qalaktikasinin-kicik-olculu-kopyasi-askar-edilib
    Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
    boyuk-partlayisdan-500-milyon-il-sonra-formalasmis-super-kutleli-qara-delik-kesf-edilib