main-post-cover

    Çin planetar müdafiəni hazırlamağa start verib

    Elm & Texnologiya
    12.02.2025
    Emil Nəcəfov
         2024 YR4 asteroidi, 27 dekabr 2024-cü ildə kəşf edildikdən sonra Yer kürəsi üçün ən təhlükəli göy cisimləri siyahısına daxil edildi. Lakin NASAESA (Avropa Kosmik Agentliyi) tərəfindən bu məlumatın yayılmaması Yeni il ərəfəsində panika dolu xəbərlərin qarşısını aldı. Asteroid öz trayektoriyası üzrə irəliləsə də, onun 2028 və 2032-ci illərdə yenidən Yerə yaxınlaşacağı gözlənilir. Xüsusilə 2032-ci ildə onun planetimizlə toqquşmaq ehtimalı var. Çilidəki ATLAS rəsədxanası tərəfindən ilk dəfə aşkar edildikdə, asteroidin Yerə çırpılma ehtimalı 1.2% olaraq qiymətləndirilmişdi.
    2024 YR4 asteroidinin orbiti:
         Lakin yanvar ayında Cənubi Avropa Rəsədxanası əlavə müşahidələr apararaq bu ehtimalı demək olar ki, 2 dəfə artırıb - 2.2%-ə yüksəldib. Bu, hələ də sıfır ehtimal deyil və təhlükə tamamilə qeyri-real hesab edilə bilməz. Əgər asteroidin ölçüləri qiymətləndirmə aralığının yuxarı hissəsinə düşərsə, 2024 YR4 Yerə düşdüyü halda hətta böyük bir meqapolisi tamamilə məhv edə bilər. Hazırkı qiymətləndirmələr hələ tam dəqiq deyil, çünki asteroid aşkar edildikdə, artıq Yerdən uzaqlaşırdı. Alimlər 2024 YR4 haqqında daha çox məlumatı 2028-ci ildə Yerə növbəti yaxınlaşması zamanı toplayacaqlar.
         Məhz həmin vaxt asteroidin trayektoriyasını daha dəqiq müəyyən etmək və 22 dekabr 2032-ci ildə Yerə toqquşma ehtimalını yenidən qiymətləndirmək mümkün olacaq. Çin alimləri isə gözləməyi lazım bilməyib və bu hadisəni kifayət qədər ciddi siqnal hesab edərək planetar müdafiə qrupunu formalaşdırmağa başlayıblar. Bu qrup belə obyektləri izləmək və onlardan müdafiə strategiyalarını hazırlamaqla məşğul olacaq. Məsələn, 2020-ci ildə NASA DART missiyası çərçivəsində Dimorf asteroidini vuraraq onun trayektoriyasını dəyişdirmək üçün xüsusi "kamikadze" aparat göndərmişdi.
         Çinin yeni təşəbbüsü də oxşar müdafiə texnologiyalarının hazırlanmasını nəzərdə tutur. Çin mediasının məlumatına görə, asteroidin kəşf edilməsindən bir neçə həftə sonra Çin Dövlət Elm, Texnologiya Sənaye İdarəsinin Xüsusi Layihələr Mərkəzi "planetar müdafiə xidməti" üçün 3 vakansiyanın açıldığını elan edib. Mərkəzin əsas vəzifələrindən biri asteroidlərin monitorinqi və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsidir. Adətən işə qəbul planlı şəkildə həyata keçirilir, lakin bu dəfə prosesdə müəyyən tələskənlik müşahidə olunub. Bu isə adi bürokratik prosedurlardan kənara çıxır və jurnalistlərin diqqətini cəlb edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb
    kosmosun-derinliklerinden-gelmis-20-den-cox-radiosiqnal-qeyde-alinib
    Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib
    planetimiz-yeni-qorxulu-iqlim-merhelesine-kecid-edib
    Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir
    uranin-peyki-ariel-potensial-olaraq-sethalti-okeana-sahibdir
    İnsanlar hələ də təkamül prosesindədirlər (VİDEO)
    insanlar-hele-de-tekamul-prosesindedirler
    2100-cü ilə qədər Arktika qlobal istiləşmə səbəbilə tanınmaz hala gələcək
    2100-cu-ile-qeder-arktika-qlobal-istilesme-sebebile-taninmaz-hala-gelecek