main-post-cover

    Çinlilər robotlara şəhər mühitində döyüş aparmağı öyrədirlər

    Elm & Texnologiya
    26.02.2025
    Emil Nəcəfov
         Çin hərbi mühəndisləri döyüş meydanında avtonom robotların imkanlarını öyrənməyə davam edərək, onları həcmli partlayıcı sursatlarla təchiz ediblər və PUA-larla birlikdə təlimlərə göndəriblər. Bu robotlar şəhər döyüşləri şəraitində qarşılıqlı fəaliyyət ssenarilərini həyata keçirməli, situasiya məlumatlılığını, koordinasiyalı hərəkətləri və birgə döyüş aparmağın digər aspektlərini nümayiş etdirməli idilər. Diqqətçəkən məqam odur ki, yerüstü robotlara döyüş şəraitində partlayıcı sursatları işə salmaq əmri PUA-lar tərəfindən veriləcək. Yəni, bu qərar digər robotlar tərəfindən qəbul ediləcək.
         Bundan əlavə, PUA-lar sağ qalan düşməni izləmə və təqib etmə funksiyasını da yerinə yetirəcəklər. Çin Xalq Azadlıq Ordusu daha əvvəl pulemyot və digər silahlarla təchiz edilmiş robot itləri sınaqdan keçirmişdi, lakin həcmli partlayıcı sursatlar (BOV) fərqli bir haldır, çünki güc baxımından yalnız ultra-kiçik taktiki nüvə sursatlarından geri qalır. BOV partlayış zamanı yanan qaz buludu buraxır və bu qaz detonasiya edildikdə yüksək temperaturda, uzunmüddətli partlayış yaradır. Buludun içindəki temperatur 2500 dərəcə Selsiyə qədər yüksələ bilər, nəticədə partlayış episentrindən 80 metr məsafədə belə insan orqanlarına ciddi zərər verir və bərkidilmiş bunkerlərin bir metr qalınlığında divarlarını dağıdır.
         Bu güclü dağıdıcı silah Çinli mütəxəssislər tərəfindən yerüstü robotlara quraşdırılıb. Onlar şəhər döyüşlərində istifadə oluna bilər, xüsusilə də elektromaqnit maneələr, geolokasiya sistemlərinin bloklanması və digər amillər düşmənin möhkəmləndirilmiş mövqelərinin məhv edilməsində ənənəvi silahların effektivliyini azaldanda. Araşdırmanın müəllifi Dang Chenguang izah edib ki, BOV-dan istifadə edərək hücum etməyə yalnız ətraflı kəşfiyyatdan sonra PUA-lar icazə verəcək. Termobarik mərmiləri buraxmaq və düşməni izləmək isə yerüstü robotların vəzifəsidir. Əgər növbəti hücum zəruri olarsa, bu, hədəfin məhv edilmə dərəcəsi qiymətləndirildikdən sonra həyata keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Starlink-in Çindən olan rəqibləri peyk interneti yarışına sürətlə daxil olublar
    starlink-in-cinden-olan-reqibleri-peyk-interneti-yarisina-suretle-daxil-olublar
    SpaceX Yer kürəsini kosmik təhlükələrdən qoruyacaq yeni teleskopu kosmosa göndərəcək
    spacex-yer-kuresini-kosmik-tehlukelerden-qoruyacaq-yeni-teleskopu-kosmosa-gonderecek
    Neo Gamma adlı insanabənzər yeni robot təqdim edilib (VİDEO)
    neo-gamma-adli-insanabenzer-yeni-robot-teqdim-edilib-video
    Serverlərin yeni soyudulması üsulu test edilir
    serverlerin-yeni-soyudulmasi-usulu-test-edilir
    ABŞ-ın antidron silahı 7 km məsafədəki PUA-nı sıradan çıxara bilir
    abs-in-antidron-silahi-7-km-mesafedeki-pua-ni-siradan-cixara-bilir