main-post-cover

    Serverlərin yeni soyudulması üsulu test edilir

    Elm & Texnologiya
    24.02.2025
    Emil Nəcəfov
         İsveçrənin Material Elmləri və Texnologiyaları Federal Laboratoriyasının tədqiqatçıları serverlərin soyudulması üçün enerji sərfiyyatını azaltmaq məqsədilə yaxşı məlum olan ion küləyi fenomenindən istifadə ediblər. İon küləyi soyutma sistemində əlavə element kimi çıxış edir və hava axınını gücləndirir, xüsusilə pərlərin artıq olduğu yerlərdə. Bu yanaşma, server otaqlarında elektrik enerjisinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir. Adətən ion küləyi iynə və ya daraq formalı elektrodlar vasitəsilə yaradılır, hansı ki, onlara yüksək gərginlik tətbiq olunur. Bu proses nəticəsində davamlı boşalmalar baş verir və atmosfer qazlarının molekulları ionlaşır.
         İonlar boşalma mənbəyindən hərəkət edərək hava molekullarını da özləri ilə sürükləyir və sabit hava axını yaradırlar. Bu hava axını kompüter və ya server komponentlərindən istiliyi uzaqlaşdırmaq üçün istifadə edilə bilər. Tədqiqatçılar bu texnologiyanı optimallaşdıraraq, maksimal effekt əldə etməyi və hava axınını gücləndirməyi qarşılarına məqsəd qoyublar. Tədqiqat prosesində yuvarlaq uclu tək boşalma elektrodları hazırlanıb, bu da müəyyən edilmiş məqsəd üçün ən effektiv həll olub.
         Hesablamalar və sonrakı təcrübələr göstərib ki, bu sistem hava axınlarının az miqdarda sürətləndirilməsinin tələb olunduğu yerlərdə tətbiq edilə bilər. Bu texnologiya əsas soyutma sistemini əvəz etməsə də, köməkçi vasitə kimi yüksək effektivlik nümayiş etdirib. Laboratoriya şəraitində bu üsul artıq əlavə enerji sərf etmədən meyvələrin qurudulması prosesində uğurla sınaqdan keçirilib. Hazırda tərtibatçılar ixtiralarına patent almaq üzərində çalışırlar və yaxın zamanda onu bazara çıxarmağı planlaşdırırlar. Gözlənilir ki, bu sistem serverlərin soyutma xərclərini 60%-ə qədər azalda bilər.
    Mənbə: Computerbase
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ-ın antidron silahı 7 km məsafədəki PUA-nı sıradan çıxara bilir
    abs-in-antidron-silahi-7-km-mesafedeki-pua-ni-siradan-cixara-bilir
    Figure AI robotlarının məişət işlərini necə gördükləri nümayiş etdirilib (VİDEO)
    figure-ai-robotlarinin-meiset-islerini-nece-gordukleri-numayis-etdirilib-video
    Çinlilər Yer orbitindən 1.7 mm-lik məsafəyə kimi görüntü əldə edə bilən kamera hazırlayıblar
    cinliler-yer-orbitinden-17-mm-lik-mesafeye-kimi-goruntu-elde-ede-bilen-kamera-hazirlayiblar
    Səudiyyə Ərəbistanında futuristik şəhərin tikintisinə start verilib
    seudiyye-erebistaninda-futuristik-seherin-tikintisine-start-verilib
    Havadan CO2-ni udan neft hasilatı gəmisi inşa edilib
    havadan-co2-ni-udan-neft-hasilati-gemisi-insa-edilib