
Starlink-in Çindən olan rəqibləri peyk interneti yarışına sürətlə daxil olublar
Elm & Texnologiya
25.02.2025
Emil Nəcəfov
Starlink peyk rabitə xidməti yaxın gələcəkdə ciddi rəqabətlə üzləşəcək. Bu, təkcə Amazon-un inkişaf etdirdiyi Project Kuiper ilə bağlı deyil, həm də Çinin SpaceSail şirkətini əhatə edir. 2024-cü ilin noyabrında SpaceSail Braziliya bazarına daxil olmaq üçün razılaşma imzaladı, 2 ay sonra Qazaxıstanda fəaliyyətə başladı və hal-hazırda 30-dan çox ölkə ilə əməkdaşlıq danışıqları aparır. Digər tərəfdən, Project Kuiper Kanada peyk operatoru Telesat-ın dəstəyini qazanıb. 2020-ci ildən bəri Starlink 2000 km-dən aşağı hündürlükdə yerləşən aşağı Yer orbitinə (LEO) rəqiblərinin hamısından daha çox peyk göndərib. Bu aşağı orbitdə yerləşən peyklər məlumat ötürmədə yüksək effektivliyə malikdir və uzaq bölgələr, dəniz gəmiləri, təyyarələr və hərbi əməliyyatlar üçün yüksək sürətli internet təmin edir.

Hazırda Starlink-in LEO orbitində təxminən 7000 ədəd peyki var. Şirkət onilliyin sonuna qədər bu sayın 42 000-ə çatdırılmasını planlaşdırır. Pekin, Starlink-in kosmosdakı üstünlüyünü təhdid kimi qəbul edir və bu sahədə analoji layihələrə ciddi investisiyalar yatırır. Bununla yanaşı, Çin peyk qruplaşmalarını izləmək üçün hərbi araşdırmalara da maliyyə ayırır. 2017-ci ildə təsis edilmiş Hongqing Technology şirkəti hazırda 10 000 peykdən ibarət qruplaşma hazırlayır. Bu ay şirkət dövlətlə əlaqəli investorlar tərəfindən 340 milyon yuan maliyyə dəstəyi alıb. Keçən il SpaceSail, Çin dövlət investisiya fondundan 6.7 milyard yuan maliyyə yardımı əldə etmişdi.

Analysys Mason konsaltinq agentliyinin məlumatına görə, 2023-cü ildə Çin rekord sayda - 263 peykini aşağı Yer orbitinə (LEO) göndərib. SpaceSail bu il LEO orbitinə 648 ədəd peyki buraxmağı, 2030-cu ilə qədər isə bu rəqəmi 15 000-ə çatdırmağı planlaşdırır. SpaceSail peykləri nəticədə "Min Yelkən" adlı qlobal qruplaşma yaradacaq ki, bu da Çinin genişzolaqlı peyk rabitə sahəsində beynəlxalq irəliləyişini simvolizə edəcək. Bundan əlavə, Çində daha üç belə peyk qruplaşması hazırlanır. Ümumilikdə ölkə LEO orbitinə təxminən 43 000 ədəd peyk buraxmağı və peyklərin orbitə çıxarılması texnologiyalarını inkişaf etdirməyi planlaşdırır. "Min Yelkən" layihəsi Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsünün kosmik komponentinin əsas hissəsidir.

1 trilyon dollar dəyərində olan bu qlobal infrastruktur inkişaf planı Çin lideri Si Tsinpin-in siyasətinin əsas sütunlarından biri və Pekinin geosiyasi təsirini genişləndirmək üçün bir vasitədir. Çinin aşağı Yer orbitində daha çox peyk slotu əldə etməyə çalışması Qərb siyasətçilərində narahatlıq doğurur. Onlar hesab edirlər ki, Vaşinqton Çinin rəqəmsal üstünlük uğrunda artan iddialarına ciddi şəkildə qarşı durmalıdır. Anaqua şirkətinin məlumatına görə, 2023-cü ildə Çin peyk texnologiyaları ilə bağlı rekord sayda - 2449 patent qeydə alıb. Müqayisə üçün, 2019-cu ildə bu göstərici cəmi 162 idi. Bu patentlərin əksəriyyəti iqtisadi effektiv peyk şəbəkələri və az gecikməli rabitə sistemləri ilə bağlıdır ki, bu da Çinin texnoloji fərqi aradan qaldırmaq istəyini göstərir.

Pekin peyk qruplaşmalarını izləmək və monitorinq aparmaq üçün aktiv şəkildə yeni alətlər inkişaf etdirir. Buna baxmayaraq, Çinin Xarici İşlər Nazirliyi rəsmi olaraq Pekinin digər ölkələrlə kosmik əməkdaşlığa can atdığını və bunun xalqların rifahına xidmət etdiyini bəyan edir. SpaceSail-in əsas məqsədi daha çox istifadəçini, xüsusilə uzaq bölgələrdə yaşayan insanları və təbii fəlakətlərdən sonra bərpa işləri aparılan əraziləri etibarlı internet ilə təmin etməkdir. Analysys Mason şirkətinin rəhbəri Antoine Grenier isə bu prosesi belə şərh edib: "Kosmos sürətlə inkişaf edir və təcrübələrlə boldur. Bu sahənin ilk təmsilçiləri bu nisbi azadlıqdan istifadə edərək qaydalar sərtləşməzdən əvvəl əsas mövqeləri ələ keçirməyə çalışırlar - sanki Vəhşi Qərbdə olduğu kimi".
Mənbə: Reuters
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX Yer kürəsini kosmik təhlükələrdən qoruyacaq yeni teleskopu kosmosa göndərəcək

SpaceX Yer kürəsini kosmik təhlükələrdən qoruyacaq yeni teleskopu kosmosa göndərəcək
NASA açıqlayıb ki, SpaceX yeni planetar müdafiə kosmik teleskopunun buraxılması üçün müqavilə əldə edib. Əvvəlki NEOWISE teleskopu 1 noyabr 2024-cü ildə Yer atmosferində yanaraq məhv olmuşdu. Onun yerinə NEO Surveyor adlı yeni infraqırmızı kosmik teleskop hazırlanır.
Neo Gamma adlı insanabənzər yeni robot təqdim edilib (VİDEO)

Neo Gamma adlı insanabənzər yeni robot təqdim edilib (VİDEO)
Norveçin 1X şirkəti ev üçün nəzərdə tutulmuş ikinci humanoid (insanabənzər) robot prototipini təqdim edib - Neo Beta modelinin yerini alan Neo Gamma. 1X şirkətinin robotları insanlara kömək məqsədilə hazırlanmış xüsusi bir kateqoriyaya aiddir.
Serverlərin yeni soyudulması üsulu test edilir

Serverlərin yeni soyudulması üsulu test edilir
İsveçrənin Material Elmləri və Texnologiyaları Federal Laboratoriyasının tədqiqatçıları serverlərin soyudulması üçün enerji sərfiyyatını azaltmaq məqsədilə yaxşı məlum olan ion küləyi fenomenindən istifadə ediblər.
ABŞ-ın antidron silahı 7 km məsafədəki PUA-nı sıradan çıxara bilir

ABŞ-ın antidron silahı 7 km məsafədəki PUA-nı sıradan çıxara bilir
Kaliforniyanın müdafiə texnologiyaları şirkəti Dzyne Technologies pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün yeni həllini təqdim edib.
Figure AI robotlarının məişət işlərini necə gördükləri nümayiş etdirilib (VİDEO)

Figure AI robotlarının məişət işlərini necə gördükləri nümayiş etdirilib (VİDEO)
2 həftə əvvəl ABŞ-ın Figure AI şirkəti OpenAI ilə əməkdaşlıqdan imtina etdi və dünən öz insanabənzər robotlarının təbii dildə verilən əmrləri başa düşmək qabiliyyətini nümayiş etdirdi.
Həftənin xəbərləri

