main-post-cover

    Çinlilər təbii almazdan daha möhkəm olan süni almaz hazırlayıblar

    Elm & Texnologiya
    18.02.2025
    Emil Nəcəfov
         Ən möhkəm almazlar - lonsdeleitlər - təbii şəraitdə son dərəcə nadir rast gəlinir və əsasən meteoritlərin düşdüyü yerlərdə tapılır. Bu almazlar kubik deyil, heksaqonal kristal quruluşa malikdirlər. Bu da onlara adi almazlardan daha yüksək sərtlik qazandırır. Çinli alimlərdən ibarət bir qrup lonsdeleitləri laboratoriya şəraitində qrafitdən sintez etməyin yolunu tapıb. Bu, gələcəkdə ultra-möhkəm almazların sənaye miqyasında istehsalını mümkün edə biləcək yeni texnologiyaların yaranmasına ümid yaradır.
         Ultra-möhkəm lonsdeleitlər ilk dəfə keçən əsrin 60-cı illərində ABŞ-ın Arizona ştatındakı Diablo kanyonunun meteorit kraterində tapılıb. Eyni dövrdə alimlər bu xüsusi almaz modifikasiyasını sintez etməyə başlayıblar. Lonsdeleitlər karbon atomlarından ibarət heksaqonal kristal quruluşa malikdir, bu isə onları kubik kristal quruluşa sahib təbii almazlardan daha sərt edir. Lakin bu materialın əldə olunması olduqca çətin olduğu üçün sənaye miqyasında istifadəsi hələ də qeyri-mümkün hesab olunur.
         Bununla belə, Çinli alimlərin araşdırması lonsdeleitlər üçün yeni perspektivlər açacaq. Onlar böyük təzyiq və yüksək temperatur altında qrafitin post-qrafit fazasına” keçdiyini və nəticədə heksaqonal almazın əmələ gəldiyini aşkar ediblər. Məlumatda qeyd edilib ki, çinli alimlər tərəfindən yaradılmış süni lonsdeleitlər yüksək keyfiyyəti və müstəsna fiziki xüsusiyyətləri ilə fərqlənir.
    - Onlar təbii almazlardan 40% daha sərtdir
    - Termal dayanıqlığı isə 100 nanometrdən kiçik ölçüyə malik nanoalmazlardan daha yüksəkdir.
         Alimlərin sözlərinə görə, bu sintetik almazın yüksək istilik müqaviməti və sərtliyi onu sənaye sahəsində geniş istifadə üçün uyğun edir. Qrafitin lonsdeleitə çevrilməsi üçün hazırlanmış yeni texnologiya bu unikal materialın kütləvi istehsalına imkan yarada bilər. Təbii almazların Yer qabığında yüksək təzyiq və temperatur altında yaranması milyardlarla il çəkir. Süni almazlar daha sürətli istehsal edilsə də, onların da formalaşması bir neçə həftəlik sıxılma prosesini tələb edir. Lakin maye metallar əsasında hazırlanan yeni üsul sayəsində almazları cəmi 150 dəqiqəyə və cəmi 1 atmosfer təzyiq altında əldə etmək mümkündür. Tədqiqatçılar bu prosesi sənaye miqyasında genişləndirməyin mümkün olduğuna əmindirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub
    kvant-dunyasinda-zamanin-iki-istiqametde-axdigi-melum-olub
    Şüurlu həyat təkcə Yer kürəsində təkamülün təbii nəticəsi deyil
    suurlu-heyat-tekce-yer-kuresinde-tekamulun-tebii-neticesi-deyil
    "Dilin ucunda fırlanır" vəziyyətində beyində nələr baş verir?
    dilin-ucunda-firlanir-veziyyetinde-beyinde-neler-bas-verir
    Alimlər həqiqi dişlərin yetişdirilməsi üzrə yeni üsul üzərində çalışırlar
    alimler-heqiqi-dislerin-yetisdirilmesi-uzre-yeni-usul-uzerinde-calisirlar
    Qlobal istiləşmə ilə mübarizədə 1600 ədəd termonüvə bombasının partladılması təklif edilib
    qlobal-istilesme-ile-mubarizede-1600-eded-termonuve-bombasinin-partladilmasi-teklif-edilib