main-post-cover

    Qlobal istiləşmə ilə mübarizədə 1600 ədəd termonüvə bombasının partladılması təklif edilib

    Elm & Texnologiya
    14.02.2025
    Emil Nəcəfov
         İqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün Roçester Texnologiya İnstitutunun (RIT) alimləri təbiətdən möcüzə gözləmək əvəzinə, lazımi yerdə 1620 ədəd 50 meqaton gücündə termonüvə bombasını birdəfəlik partlatmağı təklif ediblər. Xeyr, bu, süni yaradılmış bir armagedon ideyası deyil. Hər şey dəqiq hesablanıb. Tədqiqatçılar iddia edirlər ki, əldə edilən effekt hər kəsi təəccübləndirəcək. Alimlər haqlı olaraq qeyd edirlər ki, əgər Yer kürəsində orta temperaturun artımı əvvəlki templə davam etsə və hətta sürətlənsə, bu əsrin sonuna qədər dünya iqtisadiyyatında 200 trilyon dollara qədər itkiyə və yüz milyonlarla insanın yaşayış şəraitinin pisləşməsinə səbəb olacaq. Qurbanların sayı o qədər çox ola bilər ki, problemi tez və cəsarətlə həll etmək lazımdır.
         Tədqiqatçılar öz araşdırmalarında, hər biri SSRİ-nin “Çar bombası” ilə müqayisə edilə bilən gücə malik təxminən 1600 ədəd termonüvə sursatının təhlükəsiz şəkildə partladılmasının mümkünlüyünü sübut edirlər. Tədqiqatçıların təklifi, bəzi silikat süxurlarının, məsələn, bazaltın aşınma prosesinin karbon qazını bağlayaraq onu minerallaşdırması və atmosferdən çıxarması prinsipinə əsaslanır. Bu cür layihələr kiçik miqyasda artıq həyata keçirilir. Məsələn, Braziliyada Google-un rəhbərlik etdiyi bir sıra şirkətlər bazaltın xırdalanması və onun qırıntılarının tarlalara səpilməsi üçün 100 milyonlarla dollar xərcləyir.
         Lakin RIT tədqiqatçılarının fikrincə, bu, qlobal iqlim üçün sadəcə “homeopatik doza”dır və planetin xilası üçün yetərli deyil. Onların təklif etdikləri həll - bazaltın termonüvə partlayışları ilə parçalanması - problemi sürətli və uzunmüddətli şəkildə həll edəcək. Bu riskli tədbirin təhlükəsizliyi üçün partlayışın okeanın dibində, dəqiq seçilmiş bir yerdə həyata keçirilməsi vacibdir. Yüklər dəniz dibində təxminən 4 km dərinlikdə, suyun 8 km qalınlığında olduğu yerdə yerləşdirilməlidir.
         800 atmosfer təzyiqi zərbə dalğasını udacaq, termonüvə yüklərinin yer qabığının qalın təbəqəsi ilə birlikdə istifadəsi isə radiasiya çirklənməsini minimuma endirəcək. Bu təsirdən ekosistem demək olar ki, zərər görməyəcək. Hesablamalara görə, partlayışın gücü 81 giqaton olmalıdır. Texniki baxımdan, bu əməliyyatın hazırlanması 10 il ərzində mümkündür. Nəticə atmosferdən 30 illik karbon qazı tullantılarının çıxarılmasına bərabər olacaq. Əks halda, bizi okeanların turşulaşması, mərcan riflərinin məhvi və digər ekoloji fəlakətlər gözləyir.
    Mənbə: Arxiv.org
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni fərziyyə kainatın tarixini dəyişə bilər
    yeni-ferziyye-kainatin-tarixini-deyise-biler
    Alfa Sentavr ulduz sisteminin maddə zərrəcikləri artıq Günəş sisteminə daxil olublar
    alfa-sentavr-ulduz-sisteminin-madde-zerrecikleri-artiq-gunes-sistemine-daxil-olublar
    Yer kürəsinin daxili nüvəsi öz formasını dəyişir
    yer-kuresinin-daxili-nuvesi-oz-formasini-deyisir
    Çin planetar müdafiəni hazırlamağa start verib
    cin-planetar-mudafieni-hazirlamaga-start-verib
    Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb
    kosmosun-derinliklerinden-gelmis-20-den-cox-radiosiqnal-qeyde-alinib