Dinozavrları məhv edən nəhəng asteroidin haradan gəldiyi məlum olub!
Elm & Texnologiya
16.08.2024
Farid Pardashunas
Milyonlarla il əvvəl Yer kürəsi, təxminən 10 kilometr enindəki bir asteroidlə toqquşaraq dinozavrların yox olmasına səbəb olub. İndi isə dinozavrların məhvinə gətirib, çıxaran bu asteroidin haradan gəldiyi məlum olub.
Tədqiqatçıların fikrincə, bu günlərdə planetimizə dəyən əksər kiçik asteroidlərdən fərqli olaraq, dinozavrların yox olmasına səbəb olan təxminən 10 kilometr enindəki nəhəng asteroid, qaz nəhəngi Yupiterin kənarından gəlib. Tapıntılara görə, o, C tipli asteroid olub və xarici Günəş sisteminin qaranlıq bölgələrindən gəlib. Biz bilirik ki, C tipli asteroidlər karbonla zəngindir və onlar həm də bütün məlum asteroidlərin 75%-i təşkil edir.
Yerə dəyən nəhəng asteroidin təsiri də elə özü kimi böyük olmuşdu. Bu gün bu toqquşma bölgəsi, Chicxulub Krateri adlanır və böyük bir hissəsi Yucatan yarımadasının altındadır. Asteroid, dayaz sulara çarparaq səmaya çoxlu zibillər atmış və günəş işığının yerə çatmasına səbəb olmuşdu. Buna görə də, zaman keçdikcə fotosintez prosesi dayanmış və uzun bir qış mövsümü meydana gəlmişdi. Beləliklə, Yerdəki növlərin təxminən 70%-nin nəsli tükənmişdir.
Tədqiqatçıların fikrincə, planetimizin ətrafında K-Pg sərhədi adlanan bu hadisədən qalan nazik çöküntü təbəqəsi mövcuddur. Və bu çöküntüdə yer qabığında olduqca nadir olan rutenium adlı bir element var. Alimlərin sözlərinə görə, bu çöküntü təbəqəsindəki ruteniumun demək olar ki, 100%-i asteroiddən gəlir. Daha da əhəmiyyətlisi, tədqiqatçılar, bu təyinedici təbəqədəki rutenium izotoplarının (müxtəlif rutenium növləri olan) Yer kürəsində tapılan karbonla zəngin meteoritlərə bənzədiyini kəşf etdilər. Üstəlik, rutenium nümunələri daxili Günəş sistemində əmələ gələn cisimlərin digər böyük asteroid təsirlərindən yaranan dağıntılara uyğun gəlməyib. Daha əvvəlki analizlərdə isə rutenium istifadə edilməmişdir.
Linki kopyala
earth
chicxulub crater
elmi xeber
Scientific news
space news
science
science news
elmi xeberler
cosmic news
yer kürəsi
yer planeti
dünya
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA və BP, gələcəkdə Ay və Marsdakı təbii ehtiyatları çıxaracaq!
NASA və BP, gələcəkdə Ay və Marsdakı təbii ehtiyatları çıxaracaq!
Ayın və Marsın səthinin altında ehtiyatlar kəşf edilir və gələcəkdə onların çıxarılması planlaşdırılır. Bu istiqamətdə NASA və BP, Ay və Marsdakı resursların çıxarılması üçün əməkdaşlıq edir.
ABŞ-da 270 kiloluq nəhəng mamont dişi tapılıb!
ABŞ-da 270 kiloluq nəhəng mamont dişi tapılıb!
ABŞ-da həvəskar kolleksiyaçı Eddie Templeton, Missisipi bölgəsində 270 kiloqram ağırlığında və Kolumb mamontlarına aid olduğu iddia edilən yaxşı qorunmuş nəhəng mamont dişi tapıb.
NASA, ilk dəfə olaraq kosmosda "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib!
NASA, ilk dəfə olaraq kosmosda "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib!
NASA, Beynəlxalq Kosmik Stansiyada ilk dəfə olaraq "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib. Bu, gələcək kosmik missiyalarda kvant texnologiyalarından istifadə etmək üçün qapı açır.
Süni intellekt, dil şəklindən istifadə edərək 98% dəqiqliklə xəstəliyin diaqnozunu qoya bilib!
Süni intellekt, dil şəklindən istifadə edərək 98% dəqiqliklə xəstəliyin diaqnozunu qoya bilib!
Tədqiqatçılar, dil fotoşəkillərini maşın öyrənmə üsulu ilə təhlil edərək bəzi xəstəliklərə çox yüksək dəqiqliklə diaqnoz qoymağı bacarıblar.
İnsan bədəninin özünü bərpa edə bilməyən qığırdaqlarını müalicə edə bilən biomaterial hazırlanıb!
İnsan bədəninin özünü bərpa edə bilməyən qığırdaqlarını müalicə edə bilən biomaterial hazırlanıb!
Tədqiqatçılar tərəfindən hazırlanmış yeni biomaterial, oynaqlarda zədələnmiş qığırdaqları müalicə edə bilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ