main-post-cover

    Dünya okeanının temperaturu son 400 ildə rekord həddə çatıb

    Elm & Texnologiya
    08.08.2024
    Emil Nəcəfov
         Planetdə artıq cərəyan edən iqlim böhranı təkcə quru sahələrin canlıları üçün deyil, həmçinin dünya okenındakı canlılar üçün də böyük təhlükə mənbəyidir. Yer kürəsinin quru sahələrinin ekstremal istilik dalğaları, meşə yanğınları və quraqlıqların təsirləri altına düşdükləri bir vaxtda inanılmaz yüksək istilik faktoru dünya okeanındakı bütün canlıların həyatlarını təhlükə altına atır. Aparılmış yeni tədqiqat çərçivəsində alimlər dəniz mərcanlarının skeletlərini analiz ediblər. Analiz edilmiş dəniz mərcanları fosillərinin kimyəvi tərkibləri Avstraliyanın şimal-şərq sahilində yerləşən Mərcan dənizinin keçmiş temperaturuna işarə edirlər.
         Bu sahədə mərcanlar hələ yüzlərlə il bundan öncə mövcud olublar. Alimlər həmçinin dəniz səthinin hal-hazırki temperaturunu təyin ediblər və iqlim analizi aparıblar. Nəticədə onlar son 50 ilin iqlim vəziyyəti barəsində detallı təsviri formalaşdıra biliblər. Beləliklə aparılmış araşdırmaya əsasən rif (dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər) formalaşdıran mərcanlar hal-hazırda daha həssas vəziyyətdədirlər. Onlar minimum son 400 il ərzində hal-hazırki iqlim temperaturu ilə qarşılaşmayıblar. Alimlər hesab edirlər ki, Yer kürəsində yüzlərlə il ərzində mövcud olmuş dəniz mərcanları yaxın gələcəkdə nəticə etibarilə məhv ola bilərlər.
         Hal-hazırda dəniz mərcanları ilə yanaşı onların arasında yaşayan dəniz canlıları da məhv olma riski altındadırlar. Mütəxəssislərin sözlərinə əsasən dünya okeanının belə acınacaqlı vəziyətinin əsas səbəbkarı insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyidir. Aparılmış iqlim analizi həmçinin təsdiqləyib ki, son onilliklərdə hava temperaturunun sürətli artımı insanların iqlim sisteminə təsirləri ilə əlaqəlidir. Ən böyük təhlükələrdən biri onunla bağlıdır ki, Böyük Sədd rifinin məhv olması bütün planetə öz təsirini göstərəcək. Məlumdur ki, Böyük Sədd rifi dəniz temperaturunun artımına olduqca həssasdır.
        Ona görə də onu məhv olmaqdan xilas etmək üçün bütün səyləri ortaya qoymaq lazımdır. Dəniz mərcanı stress vəziyyətində olduğu zaman o, sağ qalmaq üçün vacib olan yosunları öz toxumaları üzərindən ayırır. Təəssüflər olsun ki, iqlim böhranını nəzərə almaqla bu cür isti hava şəraiti getdikcə daha ekstremal hal alacaq və nəticədə dəniz mərcanları ilə bağlı olan bu proses təkrarlanacaq. Alimlərin aparmış olduqları araşdırmaya əsasən Böyük Sədd rifinin mərcanları keçmiş ilə müqayisədə indiki vaxtda 3-4 dəfə daha çox stress halında olurlar. Bu isə öz növbəsində təkcə mərcan rifləri üçün deyil, həmçinin onlara ehtiyac duyan dəniz canlıları üçün də böyük təhlükə mənbəyidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!
    oten-gunlerin-birinde-dunya-tarixinin-en-isti-gunu-yasanib
    Yer kürəsini gələcəkdə daha acınacaqlı iqlim vəziyyəti gözləyir
    yer-kuresini-gelecekde-daha-acinacaqli-iqlim-veziyyeti-gozleyir
    Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
    yer-kuresi-davamli-istilik-dalgalarinin-tesirlerine-meruz-qalacaq
    Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb
    olum-vadisi-sehrasinda-temperatur-54-derece-selsiye-catib
    Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
    planetde-rekord-istiliye-sahib-ardicil-13-cu-ay-yasanib