Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
Elm & Texnologiya
09.07.2024
Emil Nəcəfov
İqlim böhranı Yer kürəsində hökm sürməyə davam edir. Nəticədə planetin müxtəlif nöqtələrində istilik dalğaları, quraqlıqlar və meşə yanğınları müşahidə edilir. Atlantikadakı qasırğalar sezonu isə bu dəfə daha ekstremal hal alıb. Bizim planet qlobal miqyasda uzumüddətli rekord istilik dövrünü yaşayır. Mütəxəssislər bildiriblər ki, 2024-cü ilin iyun ayı indiyənə kimi müşahidə edilmiş iyun ayları arasında ən istisi olub. Bununla yanaşı bu ilin iyun ayı rekord yüksək temperatura sahib ardıcıl 13-cü ay olub. Beləliklə 2023-cü ilin iyun ayından başlayaraq hər ay tarixdə ən isti ay kimi qeydə alınıb.
Bu isə öz növbəsində qlobal istiləşmə tendensiyasının mövcudluğunu sübut edir. Avropa Birliyinin Copernicus adlı iqlim dəyişikliyi xidmətinin məlumatlarına əsasən bu ilin iyun ayında orta qlobal temperatur göstəricisi 16.66 dərəcə Selsi təşkil edib. Bu isə keçən ilin iyun ayındakı orta qlobal temperatur göstəricisindən 0.14 dərəcə Selsi daha yüksəkdir. Alimlər həmçinin narahatdırlar ki, keçən ay müşahidə edilmiş orta temperatur göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi müşahidə edilmiş iyun aylarındakı orta temperatur göstəricisindən 0.67 dərəcə Selsi yüksəkdir. Mütəxəssislər belə qənaətə gəliblər ki, planetdəki bu period adi statistik qəribəlikdən daha böyük bir faktor rolunda çıxış edir.
Faktiki olaraq temperatur rekordlarına imza atan period planetin iqlimində gedən böyük və davamlı dəyişiklikləri əks etdirir. Aparılmış yeni müşahidələr həmçinin onu göstəriblər ki, son 12 ay ərzində orta qlobal temperatur göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi olmuş orta qlobal temperatur göstəricisindən 0.76 dərəcə Selsi daha yüksək olub. Mütəxəssislərin sözlərinə əsasən rekord dərəcədə istilik dalğaları planetin quru sahəsi ilə yanaşı su sahəsinə də təsir göstəriblər. Məlumata əsasən keçən ay dəniz səthinin orta qlobal temperatur göstəricisi 20.85 dərəcə Selsi təşkil edib. Yəni dəniz səthindəki temperatur göstəricisi 15-ci aydır ki, ən yüksək göstəricini əks etdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
Yer kürəsində artıq cərəyan edən iqlim böhranının nəticələri yavaş-yavaş özlərini göstərməyə başlayıblar. Mövcud iqlim böhranının miqyasını anlamaq çox zaman mümkün olmur.
Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
Yer kürəsi artıq ekstremal istilik dalğaları, quraqlıqlar və meşə yanğınları kimi iqlim problemləri ilə qarşılaşıb. Lakin iqlim ilə bağlı vəziyyət daha da pis ola bilər.
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
Avstraliyanın Monaş Universitetinin mütəxəssisləri bütün dünyada istilik dalğalarının səbəb olduqları ölümlərin qlobal xəritəçəkməsi üzrə ilk tədqiqatı aparıblar.
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!