main-post-cover

    Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb

    Elm & Texnologiya
    10.07.2024
    Emil Nəcəfov
         2023-cü ilin payız fəslində ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisi adlı səhra ərazisində son 84 il ərzində ilk dəfə baş vermiş qasırğa bu səhranı oazisə çevirmişdi. Baş vermiş qasırğa sözügedən səhrada çoxlu sayda yağışların yağmasına səbəb oldu və hətta bu ərazidə göl də əmələ gəldi. Lakin əmələ gəlmiş göl uzun müddət ərzində mövcud ola bilmədi. Belə ki, Ölüm Vadisi səhrasında temperatur göstəricisi artıq 54 dərəcə Selsiyə çatıb. Mütəxəssislər artıq bildiriblər ki, son 13 ay ərzində Yer kürəsində yeni temperatur rekordları müşahidə edilir.
         Onların sözlərinə əsasən planetdə hal-hazırda müşahidə edilən istilik dalğaları Ölüm Vadisi səhrasında temperaturu demək olar dünya rekorduna çatdırıblar. Qeyd etmək lazımdır ki, daha öncə rekord temperatur göstəricisi Kaliforniya ştatının Fernes-Krik adlı yaşayış zonasında müşahidə edilmişdi. Söhbət, 56.7 dərəcə Selsidən gedir. Mütəxəssislərin sözlərinə əsasən Ölüm Vadisi səhrasında temperatur 3 iyul tarixində 40 dərəcə Selsiyə çatmışdı. Daha sonra isə temperatur yüksələrək 54 dərəcə Selsi təşkil etdi. Qeyd etmək lazımdır ki, son zamanlarda ekstremal istilik dalğaları təkcə ABŞ-da deyil, Avropada və Asiyada da müşahidə edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
    planetde-rekord-istiliye-sahib-ardicil-13-cu-ay-yasanib
    Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
    son-12-ayin-her-biri-qlobal-temperatur-rekorduna-imza-atib-video
    Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
    qlobal-istilesme-suretli-temple-irelilemeye-davam-edir
    Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
    bu-yuzilliyin-sonuna-kimi-insanlar-su-qitligi-problemi-ile-qarsilasacaqlar
    İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
    istilik-dalgalari-sebebile-butun-dunyada-heyatlarini-itirmis-insanlarin-sayi-melum-olub