main-post-cover

    Elmə məlum ən qədim qara dəlik kəşf edilib

    Elm & Texnologiya
    22.01.2024
    Emil Nəcəfov
         Kembric Universitetinin alimləri elmə məlum ən qədim qara dəliyi kəşf ediblər. Kəşf edilmiş qara dəliyin yaşı kainatın yaşına yaxındır. Mütəxəssislər əlavə analizlər apararaq bu qara dəliyin elmə məlum ən qədim qara dəlik olduğunu təsdiqləyiblər. Qeyd etmək lazımdır ki, qara dəlik James Webb kosmik teleskopu vasitəsilə kəşf edilib. Sözügedən qara dəlik GN-z11 adlı qalaktikanın mərkəzində yerləşir və o, qara dəliklərin yaranmalarına dair fərziyyəni şübhə altına atır. Belə ki, GN-z11 qalaktikasının mərkəzindəki qara dəlik Böyük partlayışdan təqribi olaraq 400 milyon il sonra formalaşıb. Bu isə o deməkdir ki, sözügedən qara dəliyin yaşı 13 milyard ildən bir qədər çoxdur. Həmin vaxtda isə GN-z11 qalaktikası cavan idi.
         Mövcud fərziyyəyə əsasən qalaktikaların mərkəzlərində yerləşən yüksək kütləli qara dəliklərin sahib olduqları böyük ölçüləri əldə etmələri üçün milyardlarla il zaman lazımdır. Lakin GN-z11 qalaktikasının mərkəzində yerləşən yüksək kütləli qara dəlik ona işarə edir ki, bu cür qara dəliklər ya böyük ölçüdə formalaşa bilərlər ya da onlar ətraflarındakı materiyanı 5 dəfə daha sürətlə uda bilərlər. Lakin bunun digər bir izahı da ola bilər. “Digər qara dəliklər kimi bu qara dəlik də öz ölçüsünü stimullaşdırmaq üçün qalaktikasının materialını udub. Erkən qalaktikalar qazla zəngin olublar. Bu isə onları ilk qara dəliklər üçün ən yaxşı qida mənbəyinə çevirib” - deyə alimlər qeyd ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Smartfondan uzunmüddətli istifadə beyin fəaliyyətini aşağı sala bilər
    smartfondan-uzunmuddetli-istifade-beyin-fealiyyetini-asagi-sala-biler
    Enseladın qeyzerlərində həyatın formalaşması üçün vacib molekullar aşkar edilib
    enseladin-qeyzerlerinde-heyatin-formalasmasi-ucun-vacib-molekullar-askar-edilib
    Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir
    sud-yolu-qalaktikasinin-merkezinde-diger-qalaktikadan-gelmis-ulduz-yerlesir
    Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır
    yeni-nov-material-betondaki-catlari-bakteriyalar-vasitesile-aradan-qaldirir
    Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
    bitkiler-daha-once-dusunulduyunden-daha-cox-co2-uda-bilirler