main-post-cover

    Fransadakı termonüvə reaktorunda plazmanın saxlanma müddəti üzrə yeni rekorda imza atılıb

    Elm & Texnologiya
    19.02.2025
    Emil Nəcəfov
         Fransız alimlər termonüvə reaktoru olan tokamak tipli qurğuda plazmanın saxlanılması üzrə Çinli həmkarlarının son nailiyyətini 25% üstələyiblər. CEA institutunun WEST qurğusu plazmanı 22 dəqiqə ərzində stabil şəkildə saxlaya bilib. Halbuki Çin tokamakı EAST bunu 17 dəqiqə 46 saniyə ərzində etmişdi. Avropalı tədqiqatçılar sabit termonüvə reaksiyasına nail olunmasının mümkün olduğunu nümayiş etdiriblər, baxmayaraq ki, bu təcrübə sırf akademik xarakter daşıyırdı. WEST tokamakı 1988-ci ildə "Tore Supra" adı ilə istifadəyə verilib. 2010-2013-cü illər arasında əsaslı modernizasiya keçib və bundan sonra WEST adını alıb. WEST adındakı "W" volfram elementinin kimyəvi işarəsidir və reaktorun daxili örtüyü məhz volfram materialından hazırlanıb.
         Bu nailiyyət sabit termonüvə enerjisinin əldə edilməsi istiqamətində mühüm addım hesab edilir. Reaktor nisbətən yeni modernizasiya edildiyi üçün hələ tam potensialına çatmayıb. Buna baxmayaraq, yüksək temperaturda plazmanın saxlanması üzrə aparılan təcrübələr artıq təsirli nəticələr göstərir. CEA institutunun məlumatına görə, son təcrübə zamanı WEST reaktoru plazmanı 22 dəqiqə ərzində saxlayaraq yeni dünya rekorduna imza atıb. Əvvəlki rekord çinli alimlərə məxsus idi. Lakin fransız tədqiqatçılar təcrübənin əlavə detalları barədə məlumat verməyiblər. Qeyd etmək lazımdır ki, çinli alimlər də termonüvə plazmasının saxlanması sahəsində əldə etdikləri nailiyyətlər haqqında bütün detalları açıqlamırlar.
    İş kamerasındakı plazma:
         Yer şəraitində termonüvə reaksiyasının davamlı olması üçün reaktorun iş kamerasındakı ion plazmasının temperaturu ən azı 100 milyon dərəcə Selsi olmalıdır. Lakin Çin tədqiqatçıları hələ ki, yalnız elektron plazmasını bu temperatur həddinə qədər qızdıra biliblər, bu isə o qədər də çətin hesab olunmur. Yeni rekorda imza atmış fransız alimləri də reaktorun iş kamerasında əldə olunan temperatur barədə məlumat paylaşmayıblar. Buna görə də bu mövzuda daha dəqiq qiymətləndirmə aparmaq üçün müvafiq elmi jurnallarda dərc ediləcək məqalələri gözləmək lazımdır. Baxmayaraq ki, bəzi detallar açıqlanmayıb, bu təcrübənin praktik əhəmiyyəti açıq-aşkardır. Təcrübə beynəlxalq termonüvə layihəsi ITER üçün istifadə oluna biləcək rejimlərin və materialların sınaqdan keçirilməsinə yönəlib. Bu səbəbdən, bu sahədə edilən hər bir töhfə böyük dəyər daşıyır.
    Mənbə: New Atlas
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinlilər təbii almazdan daha möhkəm olan süni almaz hazırlayıblar
    cinliler-tebii-almazdan-daha-mohkem-olan-suni-almaz-hazirlayiblar
    Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub
    kvant-dunyasinda-zamanin-iki-istiqametde-axdigi-melum-olub
    Şüurlu həyat təkcə Yer kürəsində təkamülün təbii nəticəsi deyil
    suurlu-heyat-tekce-yer-kuresinde-tekamulun-tebii-neticesi-deyil
    "Dilin ucunda fırlanır" vəziyyətində beyində nələr baş verir?
    dilin-ucunda-firlanir-veziyyetinde-beyinde-neler-bas-verir
    Alimlər həqiqi dişlərin yetişdirilməsi üzrə yeni üsul üzərində çalışırlar
    alimler-heqiqi-dislerin-yetisdirilmesi-uzre-yeni-usul-uzerinde-calisirlar