main-post-cover

    Həyatın yaranması üçün vacib olan komponentlər Bennu asteroidinin nümunələrində aşkar edilib

    Elm & Texnologiya
    30.01.2025
    Emil Nəcəfov
         Bennu adlı asteroiddən əldə edilmiş süxur nümunələri 2023-cü ilin sentyabr ayında uğurlu şəkildə Yer kürəsinə çatdırılmışdı. Nəticədə alimlər Yer kürəsində bioloji həyat növünün necə formalaşması mövzusunda tədqiqatlar aparmaq üçün əla imkan əldə etdilər. Technote.az NASA-ya istinadən xəbər verir ki, Bennu asteroidindən əldə edilmiş süxur nümunələrində bizim planetimizdəki bütün canlı orqanizmləri təşkil edən 20 aminturşusundan 14-ü aşkar edilib. Aşkar edilmiş aminturşularından zülallar qurulur. Bundan əlavə olaraq süxur nümunələrində aminturşularından zülalların formalaşdırılması üçün DNT-yə və RNT-yə məlumatları yazan 5 azot əsası aşkar edilib.
         Bəlkə də süxur nümunələrini analiz edən digər alimlər çatışmayan digər aminturşularını da aşkar edə biləcəklər. Hər halda artıq indidən əminliklə demək olar ki, bioloji həyat növünün formalaşması üçün lazım olan komponentlər və şərtlər Günəş sisteminin müxtəlif yerlərində mövcuddur. Bunun fonunda Yupiter Saturn planetlərinin bəzi peykləri böyük önəm kəsb edirlər. Belə ki, həmin peyklər səthaltı okeanlarda sahibdirlər və potensial olaraq həmin okeanlarda artıq bioloji həyat növü mövcuddur. Məlumata əsasən Bennudan əldə edilmiş süxur nümunələrində üstəlik ammonyak izləri də aşkar edilib.
         Ammonyak isə formaldehid ilə birləşmədə aminturşuları da daxil olmaqla qəliz molekulları formalaşdırır. Süxur nümunələrində əlavə olaraq formaldehid də mövcuddur. “NASA OSIRIS-REx missiyası artıq indidən bizim Günəş sistemində həyat növünün formalaşması barəsində təsəvvürlərimizi dəyişməyə başlayıb. Asteroidlər bizim doğma planetimizin tarixində zaman kapsulu rolunu oynayırlar. Bennudan əldə edilmiş nümunələr isə Yer kürəsində hələ bioloji həyat növünün formalaşmadığı zamanlarda Günəş sistemində hansı komponentlərin mövcud olduqlarını anlamağa imkan verən əla fürsətdir” - deyə NASA təmsilçilərindən biri qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    19.5 işıq ili uzaqlığında Yer kürəsinə bənzər yeni planet kəşf edilib
    195-isiq-ili-uzaqliginda-yer-kuresine-benzer-yeni-planet-kesf-edilib
    Qədim qalaktikadan gəlmiş radiosiqnal aşkar edilib
    qedim-qalaktikadan-gelmis-radiosiqnal-askar-edilib
    Su erkən kainatın ilkin mərhələlərində artıq mövcud olub
    su-erken-kainatin-ilkin-merhelelerinde-artiq-movcud-olub
    İnsanlar öz smartfonlarını gün ərzində 200 dəfədən çox yoxlayırlar
    insanlar-oz-smartfonlarini-gun-erzinde-200-defeden-cox-yoxlayirlar
    2024-cü ilin əsas ifadəsi açıqlanıb
    2024-cu-ilin-esas-ifadesi-aciqlanib