main-post-cover

    Çinlilər kosmosda süni fotosintez sayəsində oksigen və raket yanacağı əldə ediblər

    Elm & Texnologiya
    03.02.2025
    Emil Nəcəfov
         Keçən ay Çinin Tiangong adlı kosmik stansiyanda süni fotosintez üzərində aparılmış təcrübənin bir mərhələsi tamamlandı. Qeyd etmək lazımdır ki, süni fotosintez texnologiyası kosmosda raket yanacağının komponentlərini və nəfəs almaq üçün oksigen istehsal etməyə imkan verir. Bildirilir ki, bu proses klassik elektrolizlə müqayisədə xeyli az enerji tələb edir. BKS-də (Beynəlxalq Kosmik Stansiya) elektroliz üsulu ilə sudan oksigen əldə etmək üçün istehsal olunan enerjinin 30%-ə qədəri sərf olunur, halbuki Çin texnologiyası daha yüksək effektivlik vəd edir. Sudan oksigen və yanacaq komponentlərinin əldə edilməsi texnologiyaları Ayın mənimsənilməsi və Mars missiyaları üçün əsas əhəmiyyət daşıyır.
         Ekipaj üçün oksigen  və raketlər, eləcə də digər mexanizmlər üçün yanacaq istehsalını yerində həyata keçirmək, bu resursları Yerdən daşımaqdan qat-qat ucuz başa gəlir. Çin bu istiqamətdə təcrübələrə 2015-ci ildə başlayıb və bu texnologiyanı 2035-ci ilə qədər inşa etməyi planlaşdırdığı gələcək Ay stansiyasında tətbiq etməyi hədəfləyir. Son süni fotosintez təcrübəsi yarımkeçirici katalizator və xüsusi mexanizmdən istifadə etməklə həyata keçirilib. Nəticədə sudan və karbon qazından etilen və oksigen əldə olunub. Müxtəlif katalizatorlar tətbiq edildikdə oxşar reaksiya vasitəsilə metan və qarışqa turşusu sintez edilə bilər.
         Qarışqa turşusu isə şəkər, konservantlar istehsalında xammal kimi, həmçinin antibakterial vasitə kimi istifadə oluna bilər. "Bu texnologiya bitkilərin təbii fotosintez prosesini mühəndislik, fiziki və kimyəvi metodlarla təkrar edir və qapalı məkanlarda və ya Yer atmosferindən kənar karbon qazı resurslarından istifadə edərək oksigen və karbon əsaslı yanacaq istehsal edir" – deyə Çinin dövlət televiziyası CCTV məlumat verib. "Gözləntilərə əsasən bu tədqiqat insanın kosmosda sağ qalması və kosmik araşdırmalar üçün həyati əhəmiyyətli texniki dəstəyi təmin edəcək" – deyə əlavə olunub.
    Mənbə: Livescience
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Həyatın yaranması üçün vacib olan komponentlər Bennu asteroidinin nümunələrində aşkar edilib
    heyatin-yaranmasi-ucun-vacib-olan-komponentler-bennu-asteroidinin-numunelerinde-askar-edilib
    19.5 işıq ili uzaqlığında Yer kürəsinə bənzər yeni planet kəşf edilib
    195-isiq-ili-uzaqliginda-yer-kuresine-benzer-yeni-planet-kesf-edilib
    Qədim qalaktikadan gəlmiş radiosiqnal aşkar edilib
    qedim-qalaktikadan-gelmis-radiosiqnal-askar-edilib
    Su erkən kainatın ilkin mərhələlərində artıq mövcud olub
    su-erken-kainatin-ilkin-merhelelerinde-artiq-movcud-olub
    İnsanlar öz smartfonlarını gün ərzində 200 dəfədən çox yoxlayırlar
    insanlar-oz-smartfonlarini-gun-erzinde-200-defeden-cox-yoxlayirlar