Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər
Elm & Texnologiya
23.05.2024
Emil Nəcəfov
Alimlər Yer kürəsində bəzi mikroorqanizmlərin hətta ən ekstremal şəraitlərdə belə yaşaya bildiklərini nəzərə alaraq Marsda bioloji həyat növünün mümkün mövcudluğuna dair izləri axtarmağa davam edirlər. Aparılmış yeni araşdırmanın Nature Communications adlı jurnalda dərc edilmiş nəticələrinə əsasən ekstremal şəraitə sahib olmasına baxmayaraq Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər. Yadplanetli bioloji həyat növü bizim Yer kürəsində müşahidə etdiyimizdən daha fərqli ola bilər.
Lakin bununla belə o, bioloji həyat növünün formalaşmasında vacib rol oynayan eyni bioloji inşa bloklarından təşkil edilmiş ola bilər. Bu səbəbdən də Marsda mümkün bioloji həyat növünün mövcudluğuna dair sübutlar təkcə Mars səthində fəaliyyət göstərən aparatlar vasitəsilə axtarılmır. Alimlər hər hansısa bioloji həyat növünün Marsın ekstremal şəraitində sağ qala bilib-bilməyəcəyini öyrənməyə çalışırlar. Bir neçə müddət bundan öncə NASA aparatları Marsda böyük miqdarda perxlorat duzlarını aşkar etmişdilər. Bu duzlar atmosferdən suyu udaraq duzlu su məhlullarını formalaşdırırlar.
Su bioloji həyat növünün formalaşması və inkişafında vacib rol oynayan faktor kimi çıxış etdiyi üçün alimlər bu perxlorat duz məhlullarına böyük diqqət ayırıblar. Onlar təyin ediblər ki, Marsın unikal geokimyəvi mühiti onda bioloji həyat növünü həm keçmişdə həm də indiki zamanda dəstəkləyə bilərmiş. Alimlər yer kürəsindən olan 2 növ RNT və zülal fermentləri ilə təcrübə aparıblar. Bunun sayəsində alimlər onların perxlorat duz məhlullarında özlərini necə aparacaqlarını öyrənmək istəyiblər. Nəticədə alimlər aşağıdakı halları təyin ediblər.
- Təəccüblü səslənsə də bütün RNT-lər duz məhlullarında özlərini çox yaxşı göstəriblər
- RNT-lərdən fərqli olaraq zülal fermentlər özlərini duz məhlullarında o qədər də yaxşı göstərməyiblər. Yer kürəsində ekstremal şəraitlərdə mövcud olmağa qadir yalnız orqanizm zülalları duz məhlullarında lazımi səviyyədə funksionallıq sərgiləyə bilərlər.
- Perxlorat duz məhlullarında RNT fermentləri xlor atomlarına sahib yeni molekulların formalaşdırılması kimi qeyri-adi reaksiyaların reallaşdırılması imkanına sahib olublar. Daha öncə alimlər belə bir reaksiyanı müşahidə etməyiblər.
Alimlərin sözlərinə əsasən RNT Marsda aşkar edilmiş çox duzlu mühitə çox yaxşı uyğunlaşa bilir. Duza qarşı bu cür yüksək dözümlülük Marsda bioloji həyat növünün keçmişdə və indiki zamanda necə formalaşmasına təsir göstərmiş ola bilər. Alimlərin sözlərinə əsasən aparılmış tədqiqatın nəticələri bioloji həyat növünün necə adaptasiya ola biləcəyini və ətraf mühitin ən ekstremal şəraitlərinə necə dözümlü ola bilcəyini sərgiləyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib.
Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!
Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!
Alimlərin yeni araşdırması iqlim dəyişikliyinin bəzi beyin xəstəliklərində simptomları artırmasına səbəb olduğunu ortaya qoyub.
Hindistan Marsa öz aparatı ilə vertolyotunu göndərəcək
Hindistan Marsa öz aparatı ilə vertolyotunu göndərəcək
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Mars səthində fəaliyyət göstərəcək aparat ilə vertolyotun tez zamanda Marsa göndərilməsi üzrə hazırlıqların getdiyini açıqlayıb.
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb.
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
The Monthly Notices of the Royal Astronomical Society adlı jurnalda dərc edilmiş elmi məqaləyə əsasən alimlər indiyənə kimi olmuş kosmik müşahidələr arasında super kütləli qara dəliklərin ən qədim birləşmələrini aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ