main-post-cover

    Növbəti nəsil NFC texnologiyası hazırlanır

    Elm & Texnologiya
    05.07.2024
    Emil Nəcəfov
         Özündə Apple, GoogleQualcomm kimi nümayəndə şirkətləri birləşdirən NFC Forum təşkilatı növbəti nəsil NFC texnologiyası üzərində çalışır. Məlumata əsasən növbəti NFC texnologiyası daha geniş imkanları təqdim edəcək. Məlumatda qeyd edilib ki, növbəti NFC texnologiyasının əsas özəlliklərindən biri Multi-Purpose Tap adlı funksiya olacaq. Bu funksiya bir toxunuşla daha çox məlumatın ötürülməsini təmin edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bu və ya digər cihazın NFC üzərindən toxunuşu nəticəsində bir neçə əməliyyati yerinə yetirmək mümkün olacaq. Bu cür əməliyyatlara misal olaraq mobil ödənişlərin yerinə yetirilməsini, müəyyən məhsulların alışı zamanı alıcının yaşının təyin olunmasını və rəqəmsal çeklərin təqdim edilməsini gətirmək olar. Bununla yanaşı loyallıq proqramına sahib mağazalar öz alıcılarına alış-veriş bonuslarını avtomatik şəkildə köçürə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ-da ilk smart avtomobil yolu layihəsinə start verilib
    abs-da-ilk-smart-avtomobil-yolu-layihesine-start-verilib
    ABŞ-da neyrointerfeysli bionik ayaq protezi yaradılıb (VİDEO)
    abs-da-neyrointerfeysli-bionik-ayaq-protezi-yaradilib-video
    Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
    derman-kapsulu-formasinda-olan-robotlarin-insanlar-uzerinde-klinik-testlerine-start-verilir-video
    İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
    insan-hereketlerini-real-zaman-erzinde-tekrarlayan-robot-hazirlanib-video
    Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
    yapon-sirketi-2050-ci-ile-qeder-kosmik-lifti-istifadeye-vermeyi-planlasdirir