Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
Elm & Texnologiya
14.06.2024
Emil Nəcəfov
Yer kürəsində artıq cərəyan edən iqlim böhranının nəticələri yavaş-yavaş özlərini göstərməyə başlayıblar. Mövcud iqlim böhranının miqyasını anlamaq çox zaman mümkün olmur. Lakin bu mövzuda olan statistik məlumatlar problemə daha geniş nəzərdən baxmağa imkan verirlər. Yeni statistikaya əsasən son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb. NASA təsdiqləyib ki, bu ilin may ayı indiyənə kimi müşahidə edilmiş may ayları arasında ən isti keçmiş may ayı olub. Eyni hal həmçinin bu ilin yanvar, fevral, mart və aprel aylarında da müşahidə edilib.
Müqayisə üçün qeyd etmək lazımdır ki, bundan öncə ortalama qlobal temperatur göstəricisinin maksimumu 2023-cü ilin iyun ayından dekabr ayına kimi müşahidə edilmişdi. Alimlər qeyd ediblər ki, bu cür isti hava şəraitini əhatə edən zaman aralığı indiyənə kimi müşahidə edilmişlər arasında ən isti keçmiş zaman aralığıdır. Bu isə planetdə qlobal istiləşmə prosesinin sürətlə davam etdiyini göstərir. NASA administratoru Bill Nelson-un sözlərinə əsasən aydın məsələdir ki, Yer kürəsi iqlim böhranı ilə qarşılaşıb.
Hal-hazırda temperatur rekordları planetin istənilən nöqtəsində müşahidə edilir. Bu isə çox narahatedici faktdır. Məsələn keçən ilin noyabr ayında planetin ortalama qlobal temperaturu sənaye öncəsi dövr səviyyəsindən 2 dərəcə Selsi daha yüksək olub. Yer kürəsində iqlimin belə sürətlə dəyişməsinə baxmayaraq insanlar hələ də atmosferə külli miqdarda parnik qazlarını ifraz edirlər. NASA-nın iqlim üzrə baş elmi əməkdaşı və məsləhətçisi olan Kate Calvin-in sözlərinə əsasən insanlar daha isti keçən günləri, ayları və illəri müşahidə edirlər. Digər tərəfdən bizə məlumdur ki, Yer kürəsində temperatur artımı parnik qazlarının ifrazı ilə əlaqəlidir və bu, planetdəki bütün canlılara təsir göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
Yer kürəsi artıq ekstremal istilik dalğaları, quraqlıqlar və meşə yanğınları kimi iqlim problemləri ilə qarşılaşıb. Lakin iqlim ilə bağlı vəziyyət daha da pis ola bilər.
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
Avstraliyanın Monaş Universitetinin mütəxəssisləri bütün dünyada istilik dalğalarının səbəb olduqları ölümlərin qlobal xəritəçəkməsi üzrə ilk tədqiqatı aparıblar.
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb.
Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb
Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb
Mütəxəssislər Yer kürəsinin gələcəyinə təhlükə mənbəyi kimi çıxış edən iqlim böhranı ilə artıq insanları qorxutmurlar. Belə ki, onların sözlərinə əsasən iqlim böhranı artıq başlayıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!