main-post-cover

    Təcrübi müalicə üsulu son mərhələdə olmuş böyrək xərçənginin öhdəsindən gələ bilib

    Elm & Texnologiya
    07.02.2025
    Emil Nəcəfov
         Alimlər üçüncü və dördüncü mərhələdə olan böyrək xərçəngi xəstələri üzərində sınaqdan keçirilmiş təcrübi fərdiləşdirilmiş peyvəndin ilk klinik tədqiqatının nəticələrini təqdim ediblər. Müalicə bütün iştirakçılar üçün uğurlu olub və 3 ildən çox müddət keçməsinə baxmayaraq, hamısında xəstəlik remissiya mərhələsində qalır. Üçüncü və dördüncü mərhələdə olan böyrək xərçəngi üçün əsas müalicə üsulu şişin cərrahi yolla çıxarılması və immunoterapiya preparatı olan pembrolizumabla (pembrolizumab) müalicədir.
         Buna baxmayaraq, kompleks müalicəyə rəğmən, xəstələrin təxminən 65%-də xərçəngin təkrarlanması (residiv) müşahidə olunur. Bu problemin həlli üçün Dana-Farber Xərçəng Araşdırma İnstitutunun alimləri fərdiləşdirilmiş bir peyvənd hazırlamaq üzərində çalışıblar. Bu peyvənd şiş hüceyrələrinin unikal neoantigenlərini tanımağa yönəldilmişdir. Müalicə bir neçə mərhələdə həyata keçirilir:
    - Əvvəlcə xəstənin şişi cərrahi yolla çıxarılır
    - Daha sonra toxuma analiz edilir və antigenlərin mövcudluğu araşdırılır
    - Süni zəkanın köməyi ilə peyvəndə daxil ediləcək ən uyğun antigen namizədləri seçilir
    - Son mərhələdə peyvənd vurulur və iki dəfə revaksinasiya (təkrar peyvənd) aparılır.
         İlk klinik tədqiqat göstərib ki, müalicənin ilk 3 həftəsində bütün doqquz iştirakçının immun sistemi müalicəyə aktiv cavab verib. İmmunitetin əsas müdafiə hüceyrələri olan T-hüceyrələrinin sayı 166 dəfə artıb. Bu hüceyrələr müşahidə dövrü ərzində aktiv qalmağa davam ediblər. 3 ildən çox vaxt keçməsinə baxmayaraq, bütün iştirakçılarda remissiya qorunub. Mövcud tədqiqatda alimlər pembrolizumabın qəbulu ilə birlikdə aparılan peyvəndləmə ilə yalnız peyvənd tətbiq edilən xəstələr arasında fərq aşkar etməyiblər. Gələcəkdə daha genişmiqyaslı araşdırmalar aparılacaq və bu tədqiqatlar ən effektiv müalicə sxemini müəyyən etməyə kömək edəcək.
    Mənbə: Dana-farber
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər qida qəbulunu dayandıran neyronları kəşf ediblər
    alimler-qida-qebulunu-dayandiran-neyronlari-kesf-edibler
    Omeqa-3-ün bioloji yaşlanmanı ləngitdiyi məlum olub
    omeqa-3-un-bioloji-yaslanmani-lengitdiyi-melum-olub
    Fotosintezin əsasında kvant mexanikasının dayandığı məlum olub
    fotosintezin-esasinda-kvant-mexanikasinin-dayandigi-melum-olub
    Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib
    hubble-teleskopu-yeni-unikal-qalaktikani-kesf-edib
    Hörümçəkləri "zombi"yə çevirə bilən yeni növ göbələk aşkar edilib
    horumcekleri-zombiye-cevire-bilen-yeni-nov-gobelek-askar-edilib