main-post-cover

    Yeni hibrid generator külək, günəş və dalğa enerjisini yığa bilir

    Elm & Texnologiya
    15.10.2024
    Emil Nəcəfov
         İsveçin NoviOcean adlı startapı hibdir generatorunun testlərini yekunlaşdırıb. Bu hibrid fenerator özündə külək, günəş və dalğa enerji sistemlərinin texnologiyalarını birləşdirir. Sözügedən hibrid generatorun prototipi suda üzən karkas üzərində quraşdırılıb və o, 1 meqavat-a kimi təmiz enerji generasiya edə bilir. Bu cür hibrid generator platformasının uzunluğu 38 metr, eni isə 9 metr təşkil edir.
         Onun günəş panelləri 50 kilovat-a kimi enerji generasiya edir. Okean dalğalarının hərəkəti hesabına platforma əlavə 650 kilovat enerji generasiya edir. Üstəlik onun üzərində üçüncü enerji mənbəyi mövcuddur. Söhbət, 6 ədəd kompakt ölçülü külək turbinindən gedir. Bu platforma 7/24 çalışa bilir. Bir ədəd belə platforma potensial olaraq il ərzində 3.5 giqavat-saat enerji generasiya edə bilər. Bu isə 324 evin elektrik enerjisi ilə təmin olunması üçün kifayətdir. Platformanın tam ölçülü versiyası 2026-2027-ci illərdə işə başlamalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
    cetin-sethlere-uygunlasa-bilen-ve-formasini-deyise-bilen-teker-hazirlanib-video
    Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
    alimler-istenilen-mehsulu-gunes-paneline-cevire-bilen-material-hazirlayiblar
    VR oyunlarını oynamaq üçün təkərli ayaqqabılar hazırlanıb! (VİDEO)
    vr-oyunlarini-oynamaq-ucun-tekerli-ayaqqabilar-hazirlanib-video
    Növbəti nəsil NFC texnologiyası hazırlanır
    novbeti-nesil-nfc-texnologiyasi-hazirlanir
    ABŞ-da ilk smart avtomobil yolu layihəsinə start verilib
    abs-da-ilk-smart-avtomobil-yolu-layihesine-start-verilib