main-post-cover

    2032-ci ildə asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı bir qədər yüksəlib

    Elm & Texnologiya
    19.02.2025
    Emil Nəcəfov
         NASA alimlərinin yeni hesablamalarına görə, "şəhərlərin qatili" adlandırılan kosmik daşın Yerə çırpılma riski 3.1%-ə yüksəlib. Məlumata əsasən eni təxminən 54 metr olan bu asteroid 2024-cü ilin dekabrında aşkar edilib və 2024 YR4 adlandırılıb. O, 2032-ci ilin sonlarında Yerə çırpıla bilər. 2024 YR4 asteroidinin planetimizlə toqquşma ehtimalı davamlı olaraq artır. Əvvəlcə alimlər onun Yerə düşmə riskini 1.7% olaraq qiymətləndirirdilər, daha sonra bu rəqəm 2.3%, ardınca 2.6%, indi isə 3.1%-ə yüksəlib. Belə bir artım dinamikasını nəzərə alaraq, böyük bir meqapolisin məhv olmasına səbəb ola biləcək bu hadisənin ehtimalı yeni məlumatlarla birlikdə yaxın gələcəkdə yenidən arta bilər.
         Digər tərəfdən, bəzi hesablamalar asteroidin Yerə düşmə riskinin azalma ehtimalını da istisna etmir. Hər halda, hətta NASA-nın yeni proqnozuna əsasən belə, 2024 YR4 asteroidinin planetimizin yanından təhlükəsiz keçmə ehtimalı 96.9% təşkil edir. Buna görə də indi panikaya düşmək üçün əsas yoxdur. 2024 YR4 asteroidinin potensial zərbəsi 60 milyon il əvvəl dinozavrların yox olmasına səbəb olmuş hadisə kimi kütləvi məhvolmaya gətirib çıxarmasa da, yerli miqyasda ciddi dağıntılara səbəb ola bilər. Alimlərin hesablamalarına görə, asteroid Yer kürəsinin istənilən nöqtəsinə, o cümlədən Asiya, Cənubi Amerika, Sakit Okean, Atlantik Okeanı, Yaxın Şərq və Afrika bölgələrinə düşə bilər.
         Asteroid dünyanın ən sıx məskunlaşmış meqapolislərinə çırpıla bilər və bu, 100 milyondan çox insan üçün potensial təhlükə yaradır. Əgər 2024 YR4 Yerə düşərsə, onun təsiri 1945-ci ildə Yaponiyanın Hiroşima şəhərinə atılmış atom bombasının partlayışından təxminən 500 dəfə güclü enerji buraxacaq. Bəzi alimlər hesab edirlər ki, bu asteroid əslində Yerə yox, Aya düşə bilər, baxmayaraq ki, bu ehtimal da çox aşağıdır. Hazırda 2024 YR4 asteroidi Yerə toqquşma ehtimalı 1%-dən çox olan yeganə iri kosmik cisimdir. Buna görə də alimlər onun trayektoriyasını daha dəqiq müəyyən etmək üçün asteroidin detallı tədqiqini planlaşdırırlar. Bu məlumatlar, onun Yer üçün nə qədər real təhlükə törətdiyini daha yaxşı anlamağa kömək edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Fransadakı termonüvə reaktorunda plazmanın saxlanma müddəti üzrə yeni rekorda imza atılıb
    fransadaki-termonuve-reaktorunda-plazmanin-saxlanma-muddeti-uzre-yeni-rekorda-imza-atilib
    Çinlilər təbii almazdan daha möhkəm olan süni almaz hazırlayıblar
    cinliler-tebii-almazdan-daha-mohkem-olan-suni-almaz-hazirlayiblar
    Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub
    kvant-dunyasinda-zamanin-iki-istiqametde-axdigi-melum-olub
    Şüurlu həyat təkcə Yer kürəsində təkamülün təbii nəticəsi deyil
    suurlu-heyat-tekce-yer-kuresinde-tekamulun-tebii-neticesi-deyil
    "Dilin ucunda fırlanır" vəziyyətində beyində nələr baş verir?
    dilin-ucunda-firlanir-veziyyetinde-beyinde-neler-bas-verir