main-post-cover

    Alfa Sentavr ulduz sisteminin maddə zərrəcikləri artıq Günəş sisteminə daxil olublar

    Elm & Texnologiya
    13.02.2025
    Emil Nəcəfov
         2017 və 2018-ci illərdə Günəş sistemindən keçmiş Oumuamua Borisov kometası kimi ulduzlararası obyektlər alimlərə onları hərtərəfli müşahidə etmək imkanını vermədilər. Bununla belə, bu cisimlər sübut etdilər ki, səma cisimləri Süd Yolu qalaktikası boyunca hərəkət edir və bizim planetimizin yanından keçə bilərlər. Yeni bir araşdırmanın müəllifləri Alfa Sentavr ulduz sistemindən nə qədər maddənin artıq Günəş sisteminə daxil ola biləcəyini hesablayıblar. Alfa Sentavr ulduz sistemi Günəş sisteminə tərəf təxminən saatda 79 000 km sürətlə hərəkət edir.
    Oumuamua:
         Təxminən 28 000 il sonra bu sistem ən yaxın nöqtəsinə çataraq Günəşdən 20 000 astronomik vahid (av / 1 av = 149 597 870 700 metr) uzaqlıqda olacaq. Qərbi Ontario Universitetinin alimlərinin hesablamalarına görə, Alfa Sentavrdan gələn maddə mütləq bizim sistemə daxil olacaq və hətta bir hissəsi artıq buradadır. "Ulduzlararası maddə artıq Günəş sistemində aşkar edilib, lakin onun mənşəyi və hərəkət detalları hələ də naməlum qalır" - deyə araşdırma müəllifləri bildiriblər. "Biz Alfa Sentavrı Günəş sistemimizə ulduzlararası maddənin çatdırılmasının konkret bir nümunəsi kimi təqdim edirik".
         Adətən, Alfa Sentavr kimi yetkin ulduz sistemləri (təxminən 5 milyard il yaşında) çox miqdarda maddə yaymır. Lakin bu sistemin 3 ulduzu və bir çox planetləri var, buna görə də, asteroidlərin və kometaların cazibə qüvvəsi ilə səpələnməsi ehtimalı kifayət qədər yüksəkdir. Artıq məlumdur ki, Oumuamua və Borisov kometası kimi iri obyektlər Günəş sisteminə çata bilər. Eyni hal 21-ci əsrin əvvəllərində Cassini kosmik aparatı tərəfindən aşkarlanmış ulduzlararası toz üçün də keçərlidir. Bu və digər tapıntılara əsaslanaraq, alimlər bir model hazırlayıb və Günəş sistemində artıq Alfa Sentavrdan gəlmiş çoxlu sayda maddənin mövcud olduğunu proqnozlaşdırıblar.
         Oort buludu daxilində diametri 10 mikrondan bir neçə 10 metrə qədər olan təxminən bir milyon hissəcik ola bilər. Lakin bu obyektləri müəyyən etmək son dərəcə çətindir. Onların əksəriyyəti Günəşdən uzaqda yerləşir, bu da müasir teleskoplarla onları müşahidə etməyi demək olar ki, mümkünsüz edir. Günəşdən 10 av məsafədə belə bir obyektin yerləşmə ehtimalı (milyonda bir) çox aşağıdır. Bununla belə, bəzi hissəciklər Yer atmosferinə çataraq meteoritə çevrilə bilər və növbəti 28 000 il ərzində onların sayı daha da artacaq. Bütün bunlar onu göstərir ki, Günəş sistemi qalaktikanın qalan hissəsindən tamamilə təcrid olunmayıb və maddə mübadiləsi davamlı olaraq baş verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yer kürəsinin daxili nüvəsi öz formasını dəyişir
    yer-kuresinin-daxili-nuvesi-oz-formasini-deyisir
    Çin planetar müdafiəni hazırlamağa start verib
    cin-planetar-mudafieni-hazirlamaga-start-verib
    Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb
    kosmosun-derinliklerinden-gelmis-20-den-cox-radiosiqnal-qeyde-alinib
    Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib
    planetimiz-yeni-qorxulu-iqlim-merhelesine-kecid-edib
    Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir
    uranin-peyki-ariel-potensial-olaraq-sethalti-okeana-sahibdir